Çərşənbə axşamı , Mart 19 2024
azfa

Tacikistan uyğur türklərinin yaxalamqda Çinə kömək edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Uyğur qruplarının hüquqlarını müdafiə edən vəkillər Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) onların iddia etdiyinə görə Tacikistan hökumətinin uyğurların Çinə deportasiyasında Pekinə dəstək verdiyni göstərən sübutlar təqdim ediblər.

BCM-in prokurorluq ofisinə barəsində şikayət edilən yeganə ölkə Tacikistan deyil. İddia edildiyinə görə Kamboca da uyğurların saxlanması və deportasiyası üçün Pekindən göstərilən təzyiqlərə boyun əyib.

Çoxsaylı insan haqları hesabatlarına görə Çin hakimiyyəti 1 milyonadək etnik uyğuru və daha yüzminlərlə başqa müsəlman azlıqları “təkrar tərbiyələndirmə” düşərgələrində məhbus edib. Bu düşərgələr əsasən uyğurların kompakt yaşadıqları muxtar Sintzyan vilayətində yerləşir.

Çin rəsmiləri düşərgələrdə saxlananların çoxsaylı şəhadətlərinə baxmayaraq bildirirlər ki, bunlar düşərgə yox, təlim mərkəzləridir və buradakılara qarşı pis rəftara yol verilmir.

Bir sıra insan haqları qrupları bildirirlər ki, uyğurlara, etnik qazax, qırğız və etnik müsəlman Huey çinlilərinə qarşı qəddar hərəkətlər və onların azadlıqdan məhrum edilməsi İslamın və etnik mədəniyyətlərin kökünü kəsmək məqsədi güdür.

Tacikistan və Kambocanın adları ona görə şikayətə daxil edilib ki, bu ölkələr BCM-in üzvləridir.

Çin BCM üzvü olmadığından bu məhkəmənin yurisdiksiyasından da kənardadır.

Tacikistanda yaşayan 3 min uyğurdan 100-ü qalıb…

Uyğurların hüquqlarını müdafiə edən vəkillərdən Rodni Dikson deyir ki, Çin BCM-in imzalı üzvü olmadığına görə ona qarşı şikayətlər təhqiq oluna bilmir.

Lakin vəkil əlavə edir ki, Tacikistan və Kamboca BCM üzvü olduqlarından bu işlərin araşdırılma şansı var.

Belə təhqiqatlardan birinə Tacikistanda başlana bilər.

Mühacirətdəki Şərqi Türküstan Hökuməti bildirib ki, uyğur qruplarından biri BCM-ə belə bir şikayətlə müraciət edib.

Xəbər verilir ki, Mühacirətdəki Şərqi Türküstan Hökuməti, Şərqi Türküstan Milli Oyanış Hərəkatı və Çin təqiblərinin qurbanı olan konkret uyğurlar iyunun 10-da BCM-ə təqdim etdikləri şikayətdə bildirirlər ki, Çin İctimai Təhlükəsizlik Bürosunun Tacikistanda olan nümayəndələri yerli Tacikistan polisinin uyğurların yaşayış və iş yerlərinə reydlərinə faktiki rəhbərlik edirlər.

Bu reydlərdən sonra sənədləri qaydasında olmayan uyğurlar beynəlxalq diqqətin cəlb olunmaması üçün 10 nəfərədək kiçik qruplarla Çin hakimiyyət orqanlarına təslim edirilirlər.

Bu barədə yayınlanmış press-relizdə belə bir dəhşətli faktdan da bəhs olunur ki, son 10-15 ildə Tacikistanda yaşayan uyğurların sayı təxminən 3 min nəfərdən 100 nəfərə düşüb.

Türkiyədən deportasiyalarda Tacikistanın rolu

Vəkillər bildirirlər ki, Türkiyədəki uyğurların Çinə deportasiyasında da Tacikistanın əsas rol oynadığına dair sübutlar var.

AzadlıqRadiosu 2019-cu ilin avqustunda azı üç etnik uyğurun Türkiyədən Tacikistan vasitəsilə Çinə deportasiya olunduğunu yazırdı.

Bunlar Zinnetqul Tursun və onun iki körpə qızları idi. Onları 2019-cu ilin 31 iyulunda İzmirdə saxlayaraq İstanbul-Düşənbə təyyarə reysinə oturtmuşdular.

Şahidlər ana və onun qızlarını artıq Düşənbə hava limanında Çin polislərinin gözlədiyini bildirirdilər.

Sonrakı xəbərlərdən Tursun və qızlarının Çində olduğu məlum olmuşdu.

AzadlıqRadiosunun Tacik xidməti – Ozodi bu barədə Tacikistan Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna sorğu göndərsə də cavab almayıb.

Vəkil Dikson deyib ki, BCM-ə şikayət artıq keçən ilin iyulunda təqdim olunsa da, işə sübutların azlığına görə baxılmamışdı.

Vəkilin sözlərinə görə indi artıq kifayət qədər sübutlar toplanıb.

Həmçinin yoxlayın

Ərdəbil ən çox işsizi olan əyalətlər siyahısındadır

GADTB: İran Statistika Mərkəzinin rəsmi məlumatına görə, cari ilin mart ayının sonunadək olan dövrdə qadınların …

Ana dilinə görə rejimin həbs etdiyi milli fəal Evin zindanında acınacaqlı şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, ana dilinə göörə molla rejimin həbs etdiyi və …