Şənbə , Mart 15 2025
azfa

Avstraliya Azərbaycan Assosiyası və GADTB Sidneydə Xocalı soyqırımı tədbiri keçirir-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2020-ci il fevral ayının 23-də Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Xocalı soyqırımının ildönümü və tanıtdırılması məqsədilə möhtəşəm mərasim keçirəcək.

Avstraliya Azərbaycan Assosiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın təşkilatçılığı və dəvəti ilə Türkiyənin baş konsulu, avstraliyalı millət vəkilləri və çoxsaylı əhalinin tədbirdə iştirakı gözlənilir.

Tədbirdə sayın Mikayıl Oyta, Türkiyənin Sidneydəki baş konsulu, millət vəkilləri və s. iştirakçılar çıxış edəcək. Xocalı soyqırımı barədə ətraflı məlumat veriləcək və sual-cavabdan sonra Xocalı soyqırımı ilə bağlı kitablar və sənədlərə baxış keçiriləcək.

Tədbirin qısa proqramını ingilis dilində təqdim edirik:

Həmçinin yoxlayın

Uitkoff Moskvadan Bakıya gəldiyi iddia olunur

GADTB: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk …

Molla rejimi azərbaycanlı körpəyə Xaqan adına 7 dəfə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı …

Bir cavab yazın