Bazar ertəsi , Noyabr 16 2026
azfa

Avstraliyada türkə qarşı erməni vandalizmi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər dünyanın həe yerində türkə qarşı terror və cinayət törətməkdə davam edirlər. Bazar günü oktyabrın 25-də axşam saatlarında Avstraliyada əsasən türklərin yaşadığı Auburn məntəqəsində ermənilər türk məscidində terror törədiblər.

Türk Evinin yaxınında olan məscidə hücum edən erməni terrorçuları məscidə zərər vursalar da, xoşbəxtlikdən kimsəyə ciddi zərər yetirə bilməyiblər.

Erməni vandallarının yaxalanaraq, mühakimə ediləcəyi bildirilir.

Avstraliya Azərbaycan Assosiyası prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta erməni terrorçuların cinayətlərini ifşa etmək məqsədilə Avstraliyanın NSW əyalətində millət vəkilləri və rəsmilərə məktublar yazdıqlarını və erməni cinayətlərini ifşa etməyə çalışdığını bildirib.

hücumun videosu:

https://t.me/GADTB1/3879

Həmçinin yoxlayın

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …

Azərbaycanın Traxtur komandası Asiyanın ən çox azarkeş toplayan ikinci komandası oldu

GADTB: Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, Azərbaycanın Traxtur komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası …

Bir cavab yazın