Cümə axşamı , Mart 28 2024
azfa

Aydın Qasımlı: Göy Tanrı dini və onun mahiyyəti

GADTB: Türklərin ilk dini Göy Tanrı dinidir. Qədim Türklərdə “Tanrı“ sözü “Tenqri” şəklində söylənmişdir. Qədim Türkcədə “Göy” (“Səma) sözü “Ulu, Uca, Böyük, Müqəddəs” deməkdir. Buna bağlı olaraq da “Göy Tanrı” deyimi “Ulu Tanrı,Uca Tanrı” anlamına gəlir.

Ən azı 4 min illik tarixi olan “Tanrı“sözü,demək olar ki,bütün Türklərdə ortaq inanc termini kimi işlənmiş və buğun dəişlənməkdədir.

 Göy  Tanrı qədim Türklərdə tək yaradıcı,tək böyük mənəvi qüvvət, bütün varlıqlara həyat bəxş edən,  öz  iradəsinə görə  hökm edən , insanlara yardım  edən, onlara yol göstərən , bilgi verən, onlarıcəzalandıran,doğru və yalanı bilən Əbədi Ulu bir  Varlıqdır.

Qədim Türklərin bu mükəmməl Göy Tanrı  dininin nə yazılı bir kitabı və nə də ibadət qaydaları haqqında  bu gün  əlimizdə tutarlı bir mənbə olmasa da qədim Türk  yazılı abidələrində Göy  Tanrı  hətta “Türk Tanrısı” kimi qeyd edilmiş, Türklər özlərini dəilahiləşdirərək “Göy Türklər” adlandırmışlar. Türklər sonradan  qəbul  etdikləri dinlərdə də “Allah”ı  ifadə etmək  üçün “Tanrı” sözünü işlətmiş və bu gün dəişlətməkdədirlər. Qədim Şumerlərdə də  “Tanrı” sözü“Tinqir” (qədim Türkcədə “Tanqrı”) kimi  işlədilmişdir. Buddizmi bütün Qərbi Göy Türk  Xaqanlığında da yaymağa çalışan və bununla Göy Türkləri dəÇinliləşdirməyə səy göstərən Çinlilər ağır məğlubiyyətə düçar olmuş vəBilgə Xaqanın vəziri vəqaynatasıTonyukukun səyi nəticəsindəÇin Buddizmi İkinci Göy Türk Xaqanlığı tərəfindən  tamamilə rədd edilmiş, ölkədə Göy Tanrı dini  yenə də hakim mövqedə qalmışdı. Göy Türk dininə məxsus ən dəyərli maddi və mənəvi  mədəniyyət nümunəsi Qədim Türk əlifbası və bu əlifba ilə yazılan  Göy Türk yazılı abidələridir.

Qədim Türk kitabələrində zikr edilən “Türk Tanrısı” Türklərə xaqan olmaq, onlara savaşlarda zəfər qazanmaq, “Xaqanlıq” yaratmaq, Türk xalqına istiqlal bəxş etmək kimi vəsfləri özündəcəmləşdirən ulu bir Varlıqdır. Qədim Türklər kutsal saydıqları Günəşə, Aya,bəzi Ulduzlara, oda, suya, torpağa ,bəzidağlara ,ormanlara, çaylara, göllərə sayğı göstərsələr də Babillər kimi Günəşi, Ayı, Ulduzları təmsil edən Şamaşa, Misirlilər kimi Amona, Hindlilər kimi Varunoya, Perslər kimi AhuraMazdaya, Romalılar kimi Mitharaya vəs.deyil,yerin,göyün,hərşeyin yaradıcısı saydıqları tək Göy Tanrıya inanmışlar. Bütün bunları qədim Türklərin işlətdiyi “Tanqrı” (Şumerlərdə “Dinqir”) kəliməsi də təsdiq edir.Göy Türklər dövrünün məşhur Bizans tarixçisi Simokattes Göy Türklərin torpağa, suya, çaya, dağa, meşəyə və bu kimi təbii varlıqlara sayğı göstərdiklərini, ancaq yalnız Yerin, Göyün yaradıcısı saydıqları Tək Tanrıya inandıqlarını qeyd etmişdir.  İlkin Xəzər İmperatorluğunun Xaqanı Xristianların Tək Tanrını üçləşdirmələrinə (“Təslis”ə = Ata Allah,Oğul Allah və Müqəddəs Ruha) inanmalarına qarşı özlərinin tək bir Tanrıya inandıqlarını bəyan etmişdi.

Çox təəssüflər olsun ki, qədim Türklərin bu mükəmməl Göy Tanrı dininin nə yazılı bir kitabı, nətapınaqları, nə din adamları, nə də ibadət qaydaları haqqında bu gün əlimizdə tutarlı bir mənbə yoxdur. Bu səbəbdəndir ki, Göy Tanrı dini sonrakıtəkallahlı dinlərin yaradılmasında ilkin başlanğıc rolu oynasa da öz adı iləümumbəşəri İlahi dinlər siyahısına daxil edilməmişdir.  

Göy Tanrı dininin əlimizdə müqəddəs Kitabı olmasa da bizcə bu dinin ən mükəmməl “Kitabı” Türk millətinin Özüdür . Türk milləti bu müqəddəs dinin özəlliklərini min illər boyu qəlbində daşıyaraq nəsildən-nəsləötürmüş , sonrakı Türk dinlərinin-Azərdüştlüyün, Buddizmin,Mani dininin (Manixeizmin ) ,Məzdəkizmin vəBabəkizmin ideya qaynağına çevirmişdir .Türk milləti içərisində buğun belə genişşəkildə işlədilən “ O Göydəki Allah haqqı“ andı bunu bir daha sübut edir .                                                                                                                                                           

 Qədim Türklər inandıqları Göy Tanrını belə vəsf etmişlər:

Tanrı təkdir. Tayı və bənzəri yoxdur;

Yaradıcıdır: Bilinən və bilinməyən hər şeyi O yaratmışdır;

Buyurur: İradəsinə uymayanları, tabe olmayanları cəzalandırır;

Savaşlarda yalnız Tanrının iradəsi ilə zəfər qazanılır;

İnsanlara səadət (kut) və qismət (ülüq) bağışlar,lakin bunlara layiq olmayanlardan geri alar;

Canlı varlıqlara həyat bəxş edər;                                                                                                       

Varlıqlara həyat verdiyi kimi,diləyəndə də onu geri alar;

Ölüm Onun iradəsinə bağlıdır. Göy Türk abidələrinə görə, Tanrı Kainatın ilk Səbəbi, yəni Yaradıcısıdır. Türklərin bir Xaqanlıq qurması yalnız Onun istəyi iləolmuş, Türk millətinə Xaqanını O vermiş, yəni Tanrı Türk millətinin həyatı ilə yaxından ilgilənmişdir.Bu abidələrdəgöstərildiyinəgörə, Göy Türk Xaqanıvə Bəyləri Türk ulusuna yapdıqlarıyardım vəyaxşılıqlardandolayıGöy Tanrıya səmimi qəlbdən öz şükranlarını sunmuş,minnətdarlıqlarınıbildirmişlər. Bu Kitabələrdə qeyd edilmişdirki,Xaqanları taxta çıxaran,Türklərə zəfərlər qazandıran ,onları fəlakətlərdən qoruyan Göy Tanrıdır. Bilgə Xaqan adidəsində göstərilir ki: “Tanrının iradəsi ilə Xaqan oldum…Türk millətinin adı-sanı yox olmasın deyə Tanrı atam Xaqanı,anamXatunu yüksəltmişdir… Tanrı güc verdiyi üçün atamın ordusu qurd kimi,düşmənləri də qoyun kimiymiş…Tanrı yardım etdiyi üçün atam Xaqan dövlətləri dövlətsiz ,xaqanlıları Xaqansız qoymuş,düşmənləri yola gətirmiş,onları diz çökdürmüş,başəydirmişdi”(Bax:Bilgə Xaqan abidəsi,Doğu üzü,sətir:101,102 ).

Qədim Türklərdə təkcə Xaqanın deyil,dövlətin və xalqın yüksəlişi və düşüşü,hakimiyyət dəyişikliyi də Göy Tanrının himayəsi və cəzasının bir nəticəsi olaraq görünməkdədir.Orxon abidələrində açıq şəkildə göstərilir ki,Göy Türklərin Çin əsarətindən qurtularaq müstəqil bir dövlət qurmaları Göy Tanrının iradəsi ilə gerçəkləşdiyi kimi,Birinci Göy Türk Xaqanlığının yıxılması da Göy Tanrının Türklərə bəxş etdiyi Xaqanı xalqın onu tərk etməsi olmuşdur. Qədim Türklərin Göy Tanrı dininə görə,Xaqanların anadan olmalarının bəzi “İnsanüstü” keyfiyyətləri var idi.Xaqanların dünyaya gəlməsi ya böyük bir dövlət qurmağın işarəsi olaraq görülmüş,ya da bunun bəzən böyük bir qisasın alınması məqsədi ilə gerçəkləşdiyi qəbul edilmişdi.Belə insanların dünyaya gəlişi bir “Tanrı Vergisi” olaraq dəyərləndirilmişdi.Bir çox qədim Türk dastanlarında Göy Tanrının Xaqanlara bağışladığı üstün vəsflərdən bəhs edilmişdi Belə ki,bir Uyğur Dastanında göstərildiyinəgörə,Oğuz Xaqan anasının döşündən bir damcı süd əmdikdən sonra danışmağa başlamış,yemək,çiy ət və şərab istəmiş,tezliklə böyümüşdür.              

Başqa bir Dastana görə,AğKükül adlı bir qəhrəman anadan olan kimi yemək istəmiş,bir gün sonra bir yaşına, 7 gün sonra 7 yaşında bir uşaq olmuş,bundan sonra ata minərək silah işlətməyə başlamışdı.Anadan olan Qara Kükülün anası da oğluna 10 qoyun ilə 3 dana əti bişirmiş,QaraKükül bunların hamısını yemiş,sümüklərini də burnundan bayıda atmışdır.  Qəhrəmanların tez böyüməsinə demək olar ki,bütün Türk dastanlarında rast gəlinir.  Qədim Türklərdə Xaqanların anadan olmalarından sonra Göy Tanrıdan özləri üçün bir ad istəmələri də onların doğuşdan gələn üstünlüklərindən hesab edilmişdi.Məşhur “Alın TaycıDastanı”nda Ağ Xanın oğlu Alın Taycının ad aldıqdan sonra ona Göy Tanrı tərəfindən bir at ərməğan edildiyi və bu atın səhər tezdən onun qapısndabulunduğu göstərilmişdi.  Qədim Türk abidələrində də qeyd edildiyi kimi Türk Xaqanları anadan olandan etibarən “müqəddəs”sayılmış,Göy Tanrıdan “kut” aldıqlarından onlar belə “insanüstü” xüsusiyyətlərlə dünyaya gəlmişlər.Xaqanlar Göy Tanrının onlara bəxş etdiyi bu müqəddəs “kut” sayəsində geniş bir hərəkət sərbəstliyinə sahib olmuşdular.Onların hərəkətli və dinamik köçəri toplumları bir arada tuta bilmək,tayfa və qəbilələri öz nüfuzları altına ala bilmək üçün məhz belə bir geniş yetkilərə sahib olmaları gərəkirdi.Xaqanlar hər şeydən öncə qədim Türk köçəri toplumun ən qüdrətli hərbi başçısı,ən yüksək hakimi rolunu da yüklənməli idilər.Onlar dövlətdə qanunun simvolu sayılırdılar.Dövlət quran və onu idarə edən hər bir Xaqan törəyə bağlı öz qanunlarını hazırlamalı və həyata keçirməli idi.Misal üçün Birinci Göy Türk dövlətinin qurucusu Bumın Xaqan taxta oturduqdan sonra ölkəsini və Türk törəsini qaydaya salmış, sonra hakimiyyətini genişləndirərək Xaqanatlığını yaratmışdı. Həmçinin bir müddət çökmüş olan Göy Türk dövlətini yenidən müstəqilliyinə qovuşduran İltəriş Xaqan  da törəsi pozulmuş Türk millətinin törəsini yenidən ata-babalarının törəsinə uyğun olaraq diriltmiş və törəyə canlılıq qazandırmışdı. İkinci Göy Türk Xaqanı Bilgə Xaqan : “Mən taxta çıxdıqdan sonra belə mühüm Yasanı dünyanın dörd bir bucağındakı xalqa çatdırdım”-deməklə qanunun önəmini dilə gətirmişdi.  Bunlardan əlavə Türk Xaqanlarının düşmən xalqlara müharibə elan etmək,onlarla sülh bağlamaq,vergitoplatmaq,yabançı ölkələrə elçilər göndərmək və onlardan gələn elçiləri qəbul etmək kimi görəv və səlahiyyətləri də var idi.

Törələr Xaqanların aldığı qərarlarla ortaya çıxdığı kimi,Qurultayda alınan qərarlar da “Törə” olaraq qəbul edilirdi.Törənin əsil ortaya çıxış şəkli ənənəvi olaraq özlüyündən və tədricən meydana gəlmişdiki, qədim Türklərdə buna “Yosun Hüququ” adı verilmişdi (Bu haqda geniş məlumat üçün bax: Arsal, Sadri Maksudi, Türk Tarihive Hukuk, İstanbul 1947, səh.228 ).        Törəyə bağlı qanun yaratma işlərində Xaqanla bərabər digər Boy və Oymaq Bəyləri də iştirak etmişdilər.Mətinlərdəki :”Bəylər də Ulusu da bir-birinə uyğun imişlər.Ona görə də ,ölkəni o qədər yaxşı qoruya bilmiş,ölkəni qoruyaraq yasalar tərtib etmişlər” ifadələri də bunu təsdiq edir(Bax:CinHalil,AkgündüzAhmet,TürkHukuk Tarihi,cilt:1,Konya 1989 ). Çin mənbələrinə görə,qədim Türk Xaqanlarının qəragahındakı Tapınakda hər il başında  bir törəndüzənlənir və bu mərasimə Türklərin 24 boyunun Başbuğlarıqatılırdı.İlin 5-ci ayında isə Lunq-Çenq şəhərində toplanaraq ata-babalara, Göy Tanrıya, Günəşə, Aya və Yer-Su Ruhlarına qurbanlar kəsilirdi. Qurban törənindən sonra Qayın ağacları əkər,bu ağaclardan “Kutlu Ormanlar” yaranardı. Payızda isə Başbuğlar Orman yanında toplanıb ətrafı dolaşar, əhalinin və sürülərin sayını müəyyənləşdirərdilər. Çin qaynaqları həmçinin Türk Xaqanının hər səhər çadırından çıxaraq Günəşə,axşamlar isə Aya baxaraq dua edərdilər. Bütün bunlar göstərir ki,qədim Türklərdəki dövlət düzənində Xaqanın hüquq qaydalarının yaradıcısı olmağına baxmayaraq, “Törə”,Xaqan da daxil bütün dövlət yetgililərinin üstündə olmuşdu.Məşhur Türk mütəfəkkiri Yusuf Xas Hacibin: ”Dövlət silahla qurulur,ancaq Törə və Yasaya dayalı qanunla idarə edilir” –deməsi də bu gerçəyi təsdiqləməkdədir. Bunlarla yanaşıTürk Xaqanlarının düşmən xalqlara müharibə elan etmək,onlarla sülh bağlamaq,yabançı dövlətlərə elçilər göndərmək və onlardan elçilər qəbul etmək kimi görəv və səlahiyyətləri də var idi.                                                                               Göründüyü kimi Oğuz Xaqandan başlayaraq bütün qədim Türk dövlətlərində Xaqanların öz səlahiyyətlərini Göy Tanrıdan aldıqlarına,Onun tərəfindən taxta çıxarıldıqlarına inanılmışdı. “Kut”un Xaqan açısından önəmi çox böyük idi.Bu “Kut”un sayəsində Xaqnların sahib olduqları üstün özəlliklər onların aldıqları titullarda da öz əksini tapmışdı.Qədim Türklərdə “Göy” sözünün eyni zamanda “Tanrı” anlamında da işləndiyi görünməkdədir.O dövrün Xaqanlarına verilən “Tenqri-Kut” ünvanı qədim Türklərdə “Tanrı Hakimiyyəti Anlayışı”nınbaşladığını isbat etməkdədir.Bu anlayış eyni zamanda,”Tək Tanrı” inancına doğru gedişi də göstərmək- dədir.Tarixdə məşhur Hun Xaqanı Mətənin eradan əvvəl 176-cı ildə Çin İmperatoruna yazdığı məktubunu”Göy tərəfindən taxta çıxarılmış Hunların Böyük Xaqanı” ifadəsi ilə başlaması,Mətə Xaqanın oğlunun öz vəzirinin nəsihəti ilə “Göy ilə Yer tərəfindən yaradılmış, Ay ilə Günəş tərəfindən taxta çıxarılmış Hunların Böyük Xaqanı” ünvanını işlətməsi bu fikri bir daha təsdiqləməkdədir.

Orxon Kitabələrində isə Xaqanın “Göyə” bənzədiyi və Onun tərəfindən hakimiyyətə gətiril- diyinianladan”Mən Türklərin Göyə bənzəyən,Göydən gəlmiş Bilgə Xaqan bu zamanda taxta çıxdım.Sözlərimi sonuna qədər dinləyin!” və “Mən Tanrı kimi Göydə yaradılmış Türk Bilgə Xaqan taxta oturdum!” sözləri ilə hakimiyyətinin Göy Tanrı ilə əlaqəsini ortaya qoymaqdadır.    Digər bir Göy Türk Xaqanı Şopolyonun Çin İmperatoru Kao-tsuya göndərdiyi bir məktubda özünü”Mən ki Göy Türk dövlətinin Göydə doğulan Xaqanı və Müqəddəs Oğlu” kimi tanıtdığı , Uyğur hökmdarlarının da bütün Türk Xaqanları kimi Hakimiyyət qüdrətlərini Tanrısal bir qaynağa bağlamaq istəmələri,bu səbəblə də özlərindən “Göy və Ay Tanrıdan kut bulmuş”-deyə söz etmələri bu fikri təsdiq etməkdədir. Uyğur Xaqanları Göydəki bir İşıqdan doğulduqlarına inanmışdılar. Onların bu inancı hakimiyyətlərinin Tanrı qaynaqlı olduğuna bir dəlil təşkil niletməkdədir. ”Ay” ünvanını ilk dəfə 780-ci ildə Böğü Xaqanı öldürərək başa keçən Tun Bağa Tarxanın oğlu tərəfindən “Ay Tanrısında Kut bulmuş ünlü Bilgə Xaqan şəklində işlədilməyəbaşlanmışdı.Ondan sonrakı Xaqanlarda “Ay” və “Göy” sözləri davamlı olaraq işlənilmişdi(Bu haqda geniş məlumat üçün bax: Ögel, Türk Kültürünün gelişme çağları, IIcilt, İstanbul 1971 ).                                                                                                                                       Türk Xaqanları tarixən “Kür” və ya “Gür”,”Yaşlı,Bilgə və Uca” ünvanları daşımış və özlərini “Kainatın və Təbiətin Xaqanı” saymışlarsa da özlərini Göydən və Tanrıdan uca tutmamış, özlərini insanlarla Tanrı arasında bir “Əlaqəçi” hesab etmişlər.Orxonabidələrindəki “Yuxarıda mavi Göy,aşağıdayağız Yer yaradıldığı zaman ikisi arasında insanoğluyaradılmış,onların üzərində də Bumın Xaqan və İstəmi Xaqan taxta oturmuşlar” və”Tanrı atam Xaqanı və anam Xatunu taxta çıxarmış” ifadələri bu gerçəyi dilə gətirməkdədir.Bu ifadələr həm də hər hansı bir irq və ölkələr arasında heç bir ayırım yapmadan,heç bir fərq qoymadan sadəcə bütün Yer üzündəki topluluqların və ölkələrin Tanrı tərəfindən Türk Xaqanlarının idarəçiliyinə verildiyi inancını ortaya qoymuşdur.Abidələrdəki”Göy Tanrı istədiyi üçün taxta oturdum və dörd tərəfdəki xalqları düzənə soxdum”, “Gündoğandan Günbatısına qədər bütün qövmlər mənə baş əyərlər” ifadələri də bu məqsədlə daş Kitabələrə həkk olunmuşdu.Abidələrdəki bu və bunun kimi ifadələrdə Yerüzü bir bütün olaraq qəbul edilməkdə,insanların da tək bir kütlədən  ibarət olduğu düşünülməkdə və bunların hamısının üzərində Türk hakimiyyətini təmsil edən Türk Xaqanları bulunmaqdadır. “Oğuz Xaqan Dastanı”na görə,Oğuz Xaqan Göydən gəlmiş və özü kimi Göydən gəlmiş bir qızla evlənmiş,taxta çıxıb Xaqanlığını elan etdikdən sonra dörd bir tərəfdə bulanan qövmlərə elçilər göndərərək”Mən artıq bütün dünyanın Xaqanıyam”-demiş və onların hamısını baş əyməyə özünə bağlılığa dəvət etmişdi.Bu dastanda həmçinin Oğuz Xaqanın vəziri Irkıl Xocanın Ona”Ey Xaqanım! Göy Tanrı bütün dünyanı Sənə bağışlayacaq!” nüjdəsi də yer almışdır. Qədim Türklərdə dünya hakimiyyəti məfkurəsi həmişə ön planda olmuşdur.Beləki,Sultan Mahmud Qəznəli dövründə ondan qat-qat zəif olan Uyğur hökmdarının ona göndərdiyi məktubun başlanğıcında yer alan”Göylərin sahibi Tanrı Yerüzü ölkələrinin və bir çox qövmün hakimiyyətini bizə vermiş” ifadələri ənənəvi “Türk Dünya Hakimiyyəti” idealına bağlı qalmasının bir göstərgəsidir.Dünya Hakimiyyəti Məfkurəsi və inancı Göy Tanrının Türkləri qoruması və onları üstün qılması prinsipi ilə birləşərək Türklərdə “Millət olma” düşüncəsinin erkən oyanmasında önəmli rol oynamışdı.                                                                                                     

Ərəb səyyahıİbn Fədlanınanlatdığınagörə,Oğuz Türkləri İslamı qəbul etdikdən sonra belə hər hansı bir çətinliyə vəsevmədikləri bir vəziyyətə düşdükləri zaman başlarını yuxarı qaldırıb “Ey Allahım!”-deyirmiş kimi “TekTenqri”-deyirlər.Buənənə indi də Türklərdəqalmaqdadır.Belə ki, buğun də Türklər hər hansı bir haqsızlığa uğradıqları və dua etdikləri zaman “Yuxarıda Allah var!”,”Allah Göydən baxır!”,”O Göydəki Allah haqqı”-deyərək qarşılarındakılara etirazlarını və Allaha dua etdiklərini bildirirlər.                                                                               

  Qədim Türklər dua edərkən də “Tenqri Türk budununukoldasınq” (“Tanrı Türk millətini-soyunu,qövmünü-qorusun!”) –demiş,hər hansı bir işəbaşlarkən “Mengü Tanrının gücüylə!”-deyərək Tanrıdan yardım diləmişdilər.    

Başda Mahmud Kaşğarlı olmaqla İslam dönəminin bütün yazarları Türklərin “Allah” yerinə “Tanrı”(“Tenqri”) adınıişlətdiklərini,hər hansı bir işə və sözə uğur qazandırmaq üçün ilk öncə “Ulu Tanrı”nın adıanıldıqdan sonra başladıqlarını bildirmişlər.                                      .    

 Qədim Türklərdə “Ruh” və “Can” anlayışları “Tin” sözü ilə ifadə olunmuşdu.”Ölüm” Ruhun bədəni tam tərk etməsi anlamına gəlirdi.Qədim Türklərə görə,Ruh bədəni təkcə Ölüm anında deyil, yuxuda və müxtəlif xəstəliklər zamanı da müvəqqəti olaraq tərk edir.Onlar Ölümün bir son olmadığını Ölümdən sonra bir “Axirət Həyatı”nın olacağına inanmışdılar.Onların ölərkən at və silahları ilə birlikdə gömülmələri və atlarına minərək “Uçmağa” (Cənnətə) gedəcəklərinə olan inancları bu həqiqəti göstərməkdədir.Ona görə də qədim Türklər atın “Səmavi” bir qaynaqdan gəldiyinə və kutsal olduğuna inanmışdılar.Bu vəziyyət təbii olaraq onların miras hüquqlarına da təsir göstərmişdi.Qədim Türklərdə öldükdən sonrakı həyatla bağlı olaraq bu dünyada yaxşı və xeyirxah işlər yapanların Ruhlarının Göyə çıxacağı,şər və pis işlər görənlərin isə Yer altına gedəcəkləri düşüncəsi hakim olmuş və Yer altındakı yerə “Tamu” və ya “Tamuğ”(Cəhənnəm) adı verilmişdi.Buradan da görünür ki,qədim Türklərdə dünyada görüləcək işlərlə əlaqədar olaraq Axirətdə hesab veriləcəyi inancı doğmuşdur. (Seçmələr bizimdir-A.Q.Bax:GüngörHarun,Türklərin Dini Tarihi,Ankara 1997,səh.70-71)

Göründüyü kimi Tək Tanrı inancına sahib olan qədim Türklər ölümdən sonra xeyirxah,yaxşı insanların gedəcəyi yeri “Cənnət” anlamında “Uçmaq” sözünü işlətmiş,”Uçmağ”ınyaşıllıqlarla və nemətlərlə dolu olduğuna və xeyirxah yaxşı insanların gedəcəyi gözəl bir Dünya olduğuna inanmışdılar:                     

“Tutulmadı Yunus canı,                                                                                                                                   Keçdi, Tamudan, Uçmaqdan.

Yola düşüb Dosta gedər,

Ol əslinə uyakmağa”

(Yunus Əmrə)

Qədim Türklər “Cəhənnəm”ə isə “Tamu” (və ya “Tamuğ”)-demiş və suçluların öldükdən sonra cəzalandırılmasıüçün getdikləri yerin “Tamu” (“Cəhənnəm”) olduğuna inanmışdılar.Bütün bunlar göstərir ki,qədim Türklərdə “Axirət Dünyası” anlayışı olmuşsa da onlar ölən insana “öldü”deməmiş,”Tanrıya uçdu”- deyərək ölümdən sonrakı həyatı“Yaradana qovuşmaq” kimi anlamışlar.Bu vəziyyət “Özünədönüş”ü ifadə edən “ Oz” damğası ilə dəsimvollaşdırılmışdır.  Xaqanların və məşhur şəxslərin dəfn mərasimlərində xüsusi hazırlıqların görülməsi və möhtəşəm məzar abidələrinin inşasıüçün bir müddət gözlənilərdi.Bu müddətdə ölənin cəsədinin qorunması üçün mumyalanma işlərinin görülməsi də gərəkirdi.Göy Türk Xaqanı Bilgə Xaqanın qardaşı Kültəkinin və vəzir Tonyukukun cənazələrinin dəfn mərasimlərinə qədər qorunması üçün mumyalanmışdılar. Bu adət Səlcuqlu Türklərində də davam etdirilmişdi. Qədim Türklərin ənənəvi dinlərində hökmdarların və məşhur şəxsiyyətlərin məzar yerlərinin seçilməsi də mühüm rol oynamışdı.Məşhur Ərəb səyyahı İbn Fadlan Xəzər Türklərində,Əbu Reyhan Biruni də Oğuzlarda ölünü çay yatağında basdırma adətinin olduğunu qeyd etmişlər.Bu məqsədlə dəfn mərasimindən öncə çayın məcrası  dəyişdirilir, dəfndən sonra isə çayın suyu əvvəlki yatağına qaytarılır,beləliklə də Xaqanın və ya məşhur şəxsin məzarı gizli qalırdı. Məşhur Qərbi Hun İmperatoru Atillanın bu üsulla Tuna(Dunay) çayı yatağına dəfn edildiyi rəvayət edilməkdədir.

Qədim Türklərdə Hökmdarlar və ünlü şəxslər üçün xüsusi türbələr yapılar və bu türbələrin iç divarlarına ölənin həyatda ikən iştirak etdiyi savaşlara aid səhnələr rəsm edilər, məzarın ətrafına düşmənləri əks etdirən balballardikilərdi.Böyük dövlət adamlarının məzarlarının gizli qalması üçün əsasən yüksək təpələr və dağlar seçilirdi.Tarixdə məşhur Çingiz Xanın və Kubilay Xanın məzarları bu şəkildə gizli saxlanılmışdır.Bir Xəzər Xaqanı da Musəvi dininə inanmağına baxmayaraq bu Türk qaydasında dəfn olunmuş,ona yonma daşdan  bəzəkli,üstündə işıq yanan bir məzar hazırlanmışdı.Bu məzar abidədə 24 otaq və hər bir otaqda bir məzar yapılaraq Xaqanın məzarı gizlədilmişdi. XI əsrdə yaşamış Abbas Xəlifəsinin məşhur elçisi İbn Fadlanagörə,Oğuzların dəfn mərasimləri də Göy Türklərdəki kimi idi.Onlar da məzar üzərinə kurqan yapar,ətrafınabalballardikər,yoq-aş törəni yapıb ölülərə ehsan verirdilər.  Böyük Xaqanların və önəmli şəxsiyyətlərin dəfn mərasimlərində xeyli adam iştirak edər, bu dəfnə yabançı dövlətlərdən də xüsusi heyətlər qatılardı.      Tək Tanrı inancına sahib olan qədim Türklər İslamiyyətdən öncə dəƏrəb və digər xalqlar kimi bütə tapmamış, sapqınlığa düşməmiş, İslamdan öncə də gözəl əxlaqlı bir həyat yaşamışlar. Qədim Türkcədə Yeri, Göyü, Kainatı, bütün canlı və cansız varlıqları yoxdan “var” edən Allahın yerinəişlədilən“GöyTanrı”sözü məhz xüsusi isim kimi işlədilmişdi. İstər “Göy Türk kitabələri”ndə, istərsə də digər qədim Türk mətinlərində “tanrılar”-deyə çoxluq bildirən bir söz işlədilməmişdir. Halbuki digər Təkallahlı dinlərdən sayılan İudizm və Xristianlığın müqəddəs Kitablarında Allahın 300,İslamın müqəddəs Kitabı“Quran “da 99 adı çəkilir. Türklər İslamı qəbul etdikdən sonra “Tanrı” ilə yanaşı“Çələb,Allah,İlahi,Rəbb,Xüda, Mövla” və s. kimi adları da işlətməyəbaşlamışdılar.Bu sözlərdən “Tanrı vəÇələb” Türkcə,” Allah,İlahi və Rəbb” Ərəbcə,”Xüda və Mövla” da Farsca sözlərdir.Bu sözlərin hamısı“Yaradıcı”nı qarşıladığıüçün Türklər bunların işlədilməsində bir qüsur görməmişlər. Çox qəribədir ki, XXIəsrdə bir çox İslam din alimləri “Allah” sözü yerinə “Tanrı” sözünüişlədənlərə qarşı“Cihad” elan edərək omlara qarşı hücuma keçmişlər.Halbuki hələ orta əsrlərdə başda Cəlaləddin Rumi vəYunusƏmrə olmaqla bir çox şair,övliya və alimlər öz əsərlərində dönə- dönə “Tanrı” sözünü işlətmiş və heç bir vaxt,heç bir kimsə tərəfindən narazılıqla qarşılanmamışlar.Bu azman şəxsiyyətlərin “Tanrı“ sözünüişlətməkdə bir sakıncagörmədikləri halda buğun “Allah” sözü yerinə “Tanrı” sözünüişlətməkdə nə qəbahət ola bilər? “Tanrı” sözünüişlətməyin “günah” olduğunu düşünmək ağla sığa bilərmi?

“Allah” sözü yerinə “Tanrı” sözünün işlədilməsinin “günah” olduğunu söyləyən bəzi cahil din adamlarıbilməlidirlərki,Allahın 99 adında “Tanrı” sözüyoxdursa,bu,o demək deyil ki,Tanrı sözünü işlətmək “günah”dır.Maraqlıdır,nədən Allahın 99 adında olmayan Farsların “Xüda,Mövla, Yəzdan” sözlərinin işlədilməsində heç bir “günah”axtarmayanlar Türklərin “Tanrı” sözünə beləqısqanclıqla,hətta qəddarcasına yanaşırlar ? Bunun bircə adı var: “Türk düşmənçiliyi”. Göy Tanrı dininə aid hələlik kutsal bir Kitab əldəedilmədiyindən Türklərin bu qədim dini ilə bağlı ilk yazılı mənbə kimi Orxon-Yenisey abidələrini,qədimOğuznamələri və Dədə Qorqud dastanlarını qəbul etmək olar.Çünkü bu abidələrdə Göy Tanrı inancı ilə bağlı bir çox suallara cavab tapmaq mümkündür.Beləki,Göy Türk Xaqanlığına aid Orxon abidələrində Göy Tanrı dini ilə bağlı bir yazıda göstərilir ki: “TanrıöncəGöyü,sonra Yeri yaratdı.İkisinin arasına da İnsanı qoydu”(Bax: Kültəkin abidəsi, doğuüzü). ”Bütün zamanların sahibi Tanrıdır. İnsanoğlu ölmək üçün yaradılmışdır” (Bax: Kültəkinabidəsi,quzeyüzü).”Tanrı buyurduğu üçün Xaqan oldum” (Bax:Kültəkin abidəsi, güney üzü) və s. İkinci Göy Türk Xaqanlığının miras qoyub getdiyi yazılı abidələrdə Tək Tanrılı bir din olduğu kəsinlik qazanan “Tenqriçilik” və ya “ Göy Tanrıinancı”nı təsdiqləyən onlarla fakt mövcuddur. Bilgə Xaqan abidəsindəki “GökTenqri yaratmış”,”TenqritəqTenqri yaratmış Türk BilgəKağan” kimi ifadələr göstərir ki,Göy Tanrı Göy Türk mədəniyyətindəən böyük rol oynamış və hətta o dövrdəən parlaq dövrlərindən birini yaşamışdır.Göy Türk Xaqanları xalqı tərəfindən Tanrının seçdiyi “Elçi”olaraq qəbul edilmişdi. Göy Türklərdə xalqın bütünlüyünü qorumaq üçün Tanrıçılığa böyük önəm verilmişdi.ÇünküŞərqi Hun İmperatorluğunun çöküşündən sonra hökmdar oğullarının Çinlilər tərəfindən bir-biri ilə düşmənçilik etdiyi üçün Türk ulusu böyük sorunlar yaşamışİmperatorluğun güneydə qalan hissə-sindəki Türklər Çinlilərin qızlarına,dadlı sözlərinə və ipəyinə aldanaraq onlarla evlənmələrindən dolayı bu dövrdə və ondan sonrakıdönəmlərdəTabqaç Türkləri kimi bir çox Türk topluluğu Göy Tanrı dinindən uzaqlaşaraq Çin Buddizminin təsiri iləÇinlilər arasında əriyərək Çinliləşmişdilər. Göy Türk hökmdarıBilgə Xaqan ata-babalarının yapdığı bu xətalarıöz daş yazılarında Çinlilərdən gələn təhlükələri bir-bir qeyd etmiş vəöz xalqını ikiüzlüÇinin dadlısözlərinə,ipəyinə və qızlarına  aldanmamağa səsləmişdi. Bir Göy Türk abidəsində Göy Tanrı inancı (Tenqriçilik) ilə bağlı göstərilir ki :”Ey Türk milləti ! Üstdə (Tanrının) Göyüçökməzsə,altda (Tanrının) Yeri dəlinməzsə, Sənin elini, Sənintörəni kim poza bilər?!”.  Göy Tanrıkultununən qədim nümunələri 3 min illik Çin qaynaqlarında “Hiunq-nu” və “Tue- kue”kimi Türkləri anladan mənbələrdə bulunmuşdur. Göy Tanrı dininə görə, insanlar Təbiətə, ata-baba Ruhlarına və insanlara sayğılı yanaşmalı, bəlli qaydalara əməl edərək həyatlarını dəngəli tutmalıdırlar. Əgər bu dəngə pis ruhların saldırısı və ya bir fəlakətdən dolayı pozularsa, Tanrıya verilən bir vəd və pis işlərdən çəkinərək yenidən yaxşı işlər görməyin gərəkliliyinə inanılırdı. Göy Tanrını qədim Türklər heç bir zaman maddiləşdirməmiş, Onu bütləşdirib tapınmamış, Onun şəklini soruşanlara: ”Sonsuz Göyün maviliyi kimidir !”-deyə cavablamışlar. Göy Tanrı dini Təbiətdəki bütün varlıqlarınözünəməxsus canı olduğuna və bəzilərinin kutsallığına inanan Tək Tanrılı və Ruhani bir dindir. Bu dini dünya görüşə görə, Göyün Ali Ruhu Tanrıdır. Qədim Türklərə görə, insanlar özlərini Göy Tanrının, Ana Torpağın, insanları qoruyan ata-baba Ruhlarının arasında təhlükəsiz hiss edib onlara və digər Təbiət cisimlərinə dua etsələr də bu cisimləri əsla Tanrı qəbul etməməli, yalnız Tək Tanrıya inanmalıdırlar. Göy Tanrı inancına görə, Göyün 7 qatı vardır. Göyün 6-cı qatında Ay, 7-ci qatında isə Günəş yerləşir. Günəş və Ay müqəddəs sayılır. İkinci Böyük Turan Xaqanlığının hökmdarı Oğuz Xaqanın: “Göy çadırımız, Günəş bayrağımızdır” (“Gökkurkan,Kün tuğbolqıl”)- deyimi də bunu təsdiq edir. Qədim Türklər öz Xaqanlarının qanlarının Tanrı tərəfindən kutlandırılmış olmasına inanırdılar.    Onlara görə,bu hökmdarlar Tanrıdan “kut” alaraq taxta çıxmış və Tanrının buyruğu olaraq orduları idarəetmişdilər.Qüdrətli Xaqanların Tanrıdan “kut”aldıqlarından dolayı onların adlarının önünə  “Tenqrikut” və ya “Kutluğ” kimi titullar əlavə edilmişdi. Qədim Türklərəgörə,Günəş,Ay,Od və Su insanlara həyat nemətləri bəxş edən Tanrının qüdrətinin simvollar idi. Onlar belə düşünürdülər ki,”İşıq” sözü Tanrıya duyulan sevgidən törəmişdir    Onlar Tanrıya yalvarıb Ona dua edərək “Buyan” adlı enerjini əldə edəbiləcəklərinə inanırdılar.                                                                                                                    Qədim Türklərdə gecə ilə gündüzün bərabərləşdiyi 21 Mart və ilin ən uzun günü 21 Sentyabr ən önəmli Bayramlar sayılardı.Türklərin buğun belə davam edən “İlin axır çərşənbəsi”ndə od qalamaq və od üstündən atılaraq arınmaları və “Dəmir döymə” mərasimləri Göy Tanrı inancından qalma adət-ənənələrdəndir.  Türklərin qədim Göy Tanrı (Tenqriçilik) inancına görə,gerçək Aləmlə yanaşı bir “Göy Aləmi”, bir də “Yeraltı Aləm” vardır.Bu Aləmlərin arasındakı tək bağlantı Dünyanın mərkəzində duran “Dünyalar Ağacı”dır.Bu “Ağac”a“Həyat Ağacı” da deyilir.Göy Tanrı inancına görə,bu hər iki Aləmin özlərinə məxsus 7 qatıvardır.Bu Aləmlərin hər qatında Yer üzündəki kimi həyat sürən varlıqlar vardır.Onların da Yer üzündəki insanlar kimi sayğı göstərdikləri dəyərləri və “Kamları”vardır. Bu varlıqlar bəzən Yer üzünü ziyarət edər,lakin insanlara görünməzlər. Göy Tanrı inancına görə, Dünya sadəcəüçölçülü bir dayanacaq deyil,eynizamanda,sonsuzölçüdə, sonsuzluq içində durmadan dönən bir dairədir. Hər şey bu çənbərin içinə bağlıdır və bu dairə durmadan qocalır vəyenilənir.Dünyanınüç ölçüsü Günəşin hərəkəti,durmadan hərəkət halında olan fəsillər və bütün yaranmışların ölümdən sonra təkrar doğulan Ruhlarından yaranır.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın