GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aylar Həqqinin vəfatının ikinci ildönümü Təbrizin Vadi Rəhmət qəbiristanlığında, onun məzarı üstündə qeyd edilib.
Bu barədə Aylar Həqqinin atası Rəcəb Həqqi Məliki öz sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, Məlik-Kəndi (Malekan) şəhərindən olan tibb tələbəsi Aylar Həqqi 2022-ci etirazlarında Təbriz şəhərində İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Eyni zamanda Təbrizdə azərbaycanlı gənc Əli İraq də Aylarla eyni vaxtda etirazlar zamanı molla rejimin məmurları tərəfindən şəhid edilmişdi.
video: