Cümə , Sentyabr 20 2024
azfa

Azərbaycan G20-nin zirvə görüşünə qatılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.

Tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb.

Dünya əhalisinin 60 faizini, ÜDM-sinin isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

Xatırladaq ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …