Çərşənbə axşamı , İyun 25 2024
azfa

Azərbaycan Milli Məclisi İranla bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi aprelin 7-də keçirilən plenar iclasında İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat imzalayıb.

Bəyanatı Kamran Əliyev təqdim edib.

Bəyanat səsə qoyularaq 99 səslə qəbul edilib, 2nəfər isə səs verməyib.

Bundan başqa deputatlar İranın bəyanatı pisləyən çıxışlar ediblər.

Belə ki, Milli Məclisin sədri Sahibə Qafaraova bildirib ki, Azərbaycan müstəqil ölkədir,hansı ölkədə səfirlik açması onun daxili məsələsidir.

Deputat Bəxtiyar Əliyev söyləyib ki, son baş verən terror hadisələri göstərir ki, İran Azərbaycana həmişə qərəzli olub və qabaqcadan planlaşdırmış terror hadisələri hazırlayıb.

Millət vəkili Azər Badamov söyləyir ki, İran Azərbaycanın uğurlarını həzm edə bilmədiyi üçün hər cür addımlara əl atır.

Deputat Fəzail İbrahimli hesab edir ki, İran məkr, riakarlıq və yalan üzərində qurulan dövlət olduğu üçün Azərbaycan torpaqlarını azad edəndən sonra əsl üzlərini ortaya qoydular.

Millət vəkili Nizami Səfərovun fikrincə əsrlər boyu İranın münasibəti belə olub və buna görə də İran vətəndaşları bu gün dünya ölkələrində yaşamaq üçün üz tutur. Səfərovun sözlərinə görə Azərbaycan İsraildən hər zaman dostluq  görüb, İrandan isə xəyanat.

Deputat Anar İsgəndərov İrana müraciət edərək bildirib ki, biz düşmənlərimizi və dostlarımızı özümüz müəyyən edirik.

Millət vəkili Etibar Əliyev son terror hadisələrini xatırladaraq qeyd edib ki, İran molla rejimi ilə çox uzağa gedə bilməyəcək.

Millət vəkili Elşən Musayev İranın bəyanatını pisləyərək həm də Azərbaycanda olan “vətənşüvənlər”ə müraciət edərək sual edib ki, görəsən onların səsi niyə çıxmır.

“Bəlkə yenə internetiniz kəsilib. Əli Kərimli isə hesab edir ki, “Kərimə” dövləti onun adı ilə bağlıdır”, – deputat deyib.

Aprelin 5-də İran parlamentində İsraildə Azərbaycan səfirliyinin açılması pisləyən bəyanat imzalayıb. Bəyanatı 210 deputat təsdiqləyib.

Deputatlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.

İranlı deputatlar ərəb və islam hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını və Parlamentlərarası İttifaqı Azərbaycanın bu addımını pisləməyə çağırıblar.

Azərbaycan martın 29-da İsrailin Təl-Əviv şəhərində səfirlik açıb. 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …