Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Türk Dünyası üçün mühüm olan Şuşa Bəyannaməsini təsdiqləyib.

Bununla bağlı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edәk ki, Bәyannamә  Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vә Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tәrәfindәn imzalanmışdı.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …