Cümə , Oktyabr 7 2022
azfa

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın verdiyi Ağdam bölgəsinin mina xəritəsi ilə bağlı məlumat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib ki, “Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”.

 “Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”, deyə A.Eyvazov əlavə edib.

Həmçinin yoxlayın

İrandan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü qarşı yeni qəsd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin siyasətində əsas aparıcı rola malik …

Türkiyə ABŞ-a cavab olaraq Qibrisdə Bayraqdar PUA-ları yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları (PUA) yerləşdirib …