Bazar , Noyabr 29 2026
azfa

İsraildən edam heyətinin üzvü olmuş Rəisinin prezident olmasına reaksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Baş naziri Naftali Bennet İranda kütləvi edam heyətinin üzvü olmuş Rəisinin prezident olmasına sərt reaksiya verərək deyib ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş siyasət yürütməyə davam edəcək.

“İranın cəllad rejimi kütləvi qırğın silahları almamalıdır, bu, İsrail dövlətinin açıq, dəyişməz mövqeyidir. İranda İbrahim Rəisi yeni prezident seçildi. Xamenei minlərlə İran vətəndaşının ölümünə görə məsuliyyət daşıyan “Tehran cəlladı”nın seçilməsinə icazə verdi. Rəisinin seçilməsi dünya gücləri üçün kimlərlə iş apardıqlarını anlamaq baxımından bir siqnaldır”, – Bennet bildirib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …