Çərşənbə axşamı , İyul 8 2025
azfa

Azərbaycan Müdafiə Nazirliyinin İran komandirinə cavabında mühüm detal

GADTB: Azərbaycan Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.

Bu, Heydərinin Azərbaycanı 44 günlük müharibədə İŞİD terrorçularını bölgəyə gətirməsinə dair ittihamına cavab olmaqla yanaşı, həm də son hadisələr – səfirliyimizə və deputata hücumla bağlı Tehrana “baş verənlərin arxasında sizin dayandığınızı bilirik” mesajı kimi də qəbul edilə bilər.

Diqqətçəkən məqamlardan biri də Bakının Tehranın “terrorçularla” bağlı ittihamlarına ilk dəfə “terroru dəstəkləyən İrandır” kontekstində cavab verməsidir və bu, Azərbaycan-İran xəttində gərginliyin yeni mərhələdə davam edəcəyindən xəbər verir.

Həmçinin yoxlayın

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

GADTB: İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək. Bu barədə …

Azərbaycanlı körpə Hayal adına görə 68 gündür doğum haqqında şəhadətnamədən məhrumdur

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı körpəyə doğum haqqında …