Çərşənbə , Noyabr 29 2023
azfa

Azərbaycan ordusu dünyanın ən güclü RLS-ini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan PUA-sı dünyanın ən yüksək effektivli radiolokasiya stansiyalarından birini məhv edib.

Bu barədə Rusiyanın “Avia.pro” saytı məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın “Bayraqdar TB2” PUA-sı isə “görünməyən” təyyarələri belə aşkarlaya biləcək P-18 radiolokasiya stansiyasını məhv edə bilib.

P-18 RLS on kilometrdən bir neçə yüz kilometrədək məsafədə uçuş aparatlarının istənilən tipini aşkar edə bilən ən etibarlı stansiyalardan biri sayılır.

“RLS-in hansı istiqamətdə məhv edildiyi məlum deyil, amma hazırkı duruma əsasən əminliklə demək olar ki, Ermənistan və “dqr” hava məkanına nəzarət etmək imkanından məhrum olub”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Həmçinin yoxlayın

Türkiyənin Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunancaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz və Zəngəzur dəhlizi ilə bağlı son …

Azərbaycanlı öyrənci məhbusun səs yazısı yayıldı: “4 gündür aclıq aksiyası keçirirəm”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərindən olan azərbaycanlı öyrənci məhbusun …

Bir cavab yazın