Bazar ertəsi , Aprel 20 2026
azfa

Azərbaycan Respublikasının Beynəlxalq Hava Limanında”ASAN Viza” fəaliyyətə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gündən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə Azərbaycan Respublikasının Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

“ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin – Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Quraşdırılmış “ASAN Viza” özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla – 7 dildə fəaliyyət göstərir.

Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da Azərbaycan Respublikasına gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

Hazırda “ASAN Viza” portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

 

Həmçinin yoxlayın

Molla rejimi “Atabay” filminin rejissorunun əmlakı müsadirə edib

GADTB: İran məhkəməsi 63 nəfərin əmlak və aktivlərinin müsadirəsi barədə qərar çıxarıb. Bu barədə İran …

Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikri nəzərdən keçirəcək

GADTB: ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının danışıqlara mane olduğu barədə Pakistan ordusunun …

Bir cavab yazın