Çərşənbə axşamı , İyul 8 2025
azfa

Azərbaycan Şuşadan televiziya yayımına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, – deyə şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Cavad Fəthli girov qarşılığında müvəqqəti olaraq zaminə buraxılıb

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Cavad Fəthli bir milyard tümən girov qarşılığında …

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Bir cavab yazın