Şənbə , Aprel 20 2024
azfa

Ruslardakı türk xofu

GADTB: “Köksüz ağaç tez yıxılar”- Atalar sözü.

Son vaxtlarda Türkiyə ilə Rusiya arasındaki əlaqələr əvvəlki illərdəki görüntüsündən az da olsa dəyişibdir. Rusların azı 90 faizinin Azərbaycanla və biz Türklərlə bağlı düşüncələrində isə hər hansı deyişikliyin olduğu fikrində deyiləm, ancaq istisna olanları bunlara qatmıram. Onlar özlərini div güzügüsündə görürlər. Özgə xalqlara, xüsusilə de keçmiş dönəmlərdə işğalları altında yaşayan Türklərə həddən artıq mənfi gözlə baxırlar. Onlar dünyanın gedişatının həmişə onların xeyrinə olacağını zənn ediblər, edirlər, ancaq o ağaçlar kürəkliyə kəsilib. Azərbaycan Ordusunun şanlı Qələbəsini isə heç cürə özlərinə yedirdə bilmirlər. Zorbalığın xarakteri belədir də…

Neçə aydır fikirləşirdim, yazım-yazmayım. Axırda yazmaq qərarına geldim, çünki bu məsələ sadəcə olaraq məni narahat etmir. Covid-19 xəstəliyi yarandığı vaxt Putin bir çıxışında təqribən “Biz Pəçənəkləri və Qıpçaqları məğlub etdik, nigaran olmayın, bunu da məğlub edərik!” – demişdi. Bu sözlər Türkiyə mətbuatında da yayıldı. Özgələri cavab verdi-vermədi bilmirəm, ancaq mən öz növbəmdə bu haqdakı fikirlərimi müəyyən çərçivədə sadalamaq istəyirəm.

Rusların tarixi keçmişi şərqi slavyanların tarix səhnəsinə çıxışıyla başlayır və onları Vikinglər doqquzuncu əsrin ikinci yarısından tutmuş öz hakimiyyetleri altına alıblar. Yeni slavyan tarixi bu zamandan başlayır. Daha sonra Fin-Uqorlar şəhər dövlətçikləri yaradıblar və Novqorod şahzadası Oleq Kiyev şəhərini tutaraq Şərqi Slavyanları bir bayraq altında cəmləşdirdikdən sonra onuncu əsrin axırlarına sarı xristianlığı qəbul edib, sonra monqol işğalına uğradıqdan sonra Moskvada on beşinci yüzildə Qızıl Orda dövlətinin də yardımıyla Moskva knyazlığını yaradıblar. Ruslar Qızıl Orda dövlətinə illər uzunu vergi veriblər, dəfələrlə pəçənəklər və qıpçaqlar tərəfindən başları əzilib, birinci Pyotr dövrünə kimi yavaş-yavaş tükləniblər və onun zamanında da işalçı bir dövlətə çevriliblər. Yeni dövlətlərinin kökləri cəmi cümlətanı doqquzuncu əsrə gedib çıxır. Türkçədə bir ifadə var: “Paran kadar konuş..!”

Cənab Putinin yuxarıdakı söyləmləri slavyançılıq düşüncəsindən bəhrələnmişdir və sözləri biz Türklərə qarşı səngiməz kin-küdurətlərinin varlığının sübutudur. Türkçədəki ifadəylə desək, “vız gelir tırıs geçər!”.

Ruslar bəzi gerçəkləri artıq başa düşməli və bunlarla barışmalıdırlar. Dünya artıq iyirminci əsrin dünyası deyil. Türk dünyası da Birinci Dünya Müharibəsindən darmadağın

olaraq ve dövləti məhv olaraq çıxmış, ümid yeri dağılmış dünya deyil. Artıq Türk Dünyasının qaydına qalan, onların mədəni birliyinden savayı heç nəyi nəzərdə tutmayan və bütün dünyanın hesablaşdığı güclü bir Türkiyə var. Bu Türkiyə Suriyada hem soyqırımçı və imperialist xarakterli işğalçı Rusiyanın, həm Amerikanın, həm Fransanın qabağını kesib. Afrikada isə ən başda Fransaya qan uddurur. Fransanın prezidenti Macronun qarnına Azərbaycanın uğurları yaman vəlvələ salmışdı, bu da səbəbsiz deyildi. Bu özünü bilməz adam Azərbaycanın uğurlarını Türkiyənin uğuru kimi başa düşüb ermənilərə daimi olaraq hər yöndən dəstək olmuşdu, hələ də olur. Ancaq bilmir ki, Azərbaycanın uğuru yalnızca onun və ya Türkiyənin deyil, bütövlükdə Türk dünyasının nailiyyətidir.

Rusiyanın dövlət adamları artıq papaqlarını qabaqlarına qoyub fikirləşməlidilər. Müvəqqəti olaraq Qarabağa yolladıqları hərbçiləri müəyyən olunmuş müddətdən də tez geri çəkilməlidir, çəkiləcəkdir, çünki şəxsən mən o əsgərlərə işğalçı gözüylə baxıram və onlar ermənidən müdafiə edir. Azərbaycan artıq Rusiyanın, rusların dal həyəti deyildir və ola bilməz, bilməyəcəkdir də…

Dövran 1920-ci ildəki kimi deyildir, Qırmızı ordu Gəncədən ölkəyə daxil olub sadəcə olaraq, Gəncədə on mindən artıq Türkü vəhşicəsinə qanına qəltan eləsin. Ruslar müasir texnikalarına bel bağlamışdılar və onları basılmaz qüvvə zənn edirdiler. Tamamı Qarabağda və işğaldan azad edilmiş torpaqlarda tullantı yığnağına döndülər. Onların əlində yeganə etimad edəcəkləri nüvə silahları və uzun mənzilli roketləri qalmışdır. Nüvə silahı da artıq buraxıla bilməyəcək bir matah deyildir. Yəni nəyi demek istəyirəm. Putin o sözləri işlətməklə məncə həm öz ürəyindəkini büruzə verdi, həm də ona hörmət etmək fikrində olanları qəflət yuxusundan oyandırdı. Men ona azca da olsa ehtiyat qapısını aralı buraxıb müsbət gözlə baxmaq arzusunda idim, ancaq cənab Putin bu arzumun gerçəkləşməsinə imkan vermədi, ona təşəkkür edirəm. Atalar yalan yerə deməyib, “ilanın ağına da nəhlət, qarasına da”.

Ruslar artıq Türk millətinin nəhəng, basılmaz bir güc olduğu gerçəyini qəbul etməlidilər. İndiyə kimi insanların gözünün qabağına müəyyən pərdələr asaraq, Bolşevizm, Kommunizm, Sosializm kimi yalanlarla aldadıb onlardan maşa kimi istifadə etdilər, ancaq indən belə edə bilmiyəcəklər. Artıq İvan Yakovlevləri, Əli Heydar Qarayevləri tapa bilmiyəcəklər, çünki onlara oxşar olanlar başlarını qaldırdıqları anda kərtənkələ kimi əziləcəklər. Hakimiyyətləri altındakı Türk xalqlarını sıxma-boğmaya salmaqdan, ruslaşdırmaq, xristianlaşdırmaq siyasətindən artıq əl çəkməlidirlər. Bunu etməsələr özləri ziyan çəkəcəkdir.

Dünyanın siması artıq birdəfəlik dəyişibdir bəylər…

Seyfəddin Altaylı

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın