Azərbaycan türk millətinin etirazı fars rejiminin təhsil nazirinə çatdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya şəhərinin məclisdəki millət vəkili Həzrətpur irqçi fars rejiminin təhsil naziri ilə görüşərək, Qərbi Azərbaycan vilayətinin dərsliklərdə kürd geyimi ilə kürdlərin yaşadığı bölgə kimi təqdim edilməsinə Azərbaycan türk millətinin haqlı etirazını etirazını ona çatdırıb.

Görüşdə Qərbi Azərbaycan vilayətində təhsil sahəsində çatışmazlıqlar, müəllimlərin əmək haqqının düzgün ödənilməməsi, millətlərin hüququ və onların kimliyinin təhrif edilməsi kimi məsələləri müzakirə edilib.

Görüşdə həmçinin Urmiyanın məclisdəki millət vəkili Azərbaycan türk millətinin dərsliklərdə Qərbi Azərbaycan vilayətinin kürd geyimi ilə tanıdılmasına etiraz olaraq, topladığı altı mindən çox imzalar irqçi rejimin təhsil nazirinə çatdırılıb.

Qeyd edək ki, irqçi rejimin Qərbi Azərbaycan əhalisini kürd kimi təqdim etməsinə etiraz olaraq imzalar Azərbaycan türk milləti tərəfindən toplanmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın