Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə aparan irqçi fars rejim daha bir irqçi adımla məktəblərdə “fars dilini qoruma zəngi” çaldı.

Bu istiqamətdə İranın Ali Təhsil Şurası mayın 16-nı İranın irqçi şairi Firdovsini Anma Günü adlandırıb və bu münasibətlə İranın bütün məktəblərində “fars dilinin qorunması zəngi” çalıb.

Tədbir çərçivəsində İranın təhsil naziri Yusif Nuri və Fars dili Akademiyasının sədri Qulaməli Həddadi Adil Tehran məktəblərinin birində tədbirin açılış zəngini çalıblar.

İranın Təhsil naziri tədbirdəki çıxışında ölkədə yaşayan on milyonlarla qeyri-farsların dillərinə toxunmadan fars dilinin zənginliyindən danışaraq, onu İran kimliyini təşkil verən əsas amil adlandırıb.

Milyonlarla qeyri-farsın dil hüququna diqqət yetirməyən İran rəsmisi Yusif Nuri fars dilini “milli dil” adlandırıb və bu dilinin yetərincə inkişaf etdirilmədiyindən gileylənib.

Nuri bununla yanaşı iranlı kimliyini gücləndirmək məqsədilə bütün məktəblərdə Şahnamə kitabının, Hafizin və Sədinin əsərlərinin oxunmasının təbliğ olunmasını istəyib: “Firdovsi, Sədi və Hafizin əsərlərini oxuyun və fars dilinin qorunmasına çalışın”.

Qeyd edək ki, irqçi fars rejim bütün qeyri-fars millətlərini dilini qadağan edərək, onları farslaşdırmağı və yox etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …