Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir.

İki dost və qonşu ölkə olan İran və Ermənistan rəsmilərinin sözlərinə görə, enerji və tranzit sektorlarında ikitərəfli münasibətlərin səviyyəsinin artırılması hazırkı şəraitdə birgə əməkdaşlığın ən mühüm istiqamətlərindən sayılır.

Region ölkələri ilə ticarət diplomatiyasının genişləndirilməsinin İranın yeni hökumətinin gündəliyində olduğunu nəzərə alaraq, energetika naziri Əli Əkbər Mehrabian İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri kimi yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə mayın 10-da İrəvana səfər edib.

İranlı nazirin Ermənistana səfərinin əsas məqsədlərindən biri də iki ölkə arasında əlaqələrin inkişafı və mübadilələrin həcminin artırılmasıdır. İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 17-ci iclasında imzalanan Anlaşma Memorandumunun ən əsas müddəaları enerji sektoru, o cümlədən neft, qaz, neft-kimya və elektrik enerjisi sənayesi, habelə Ermənistandan elektrik enerjisi tədarükü müqabilində İrandan bu ölkəyə qaz ixracına dair daha geniş əməkdaşlığı nəzərdə tutur.

Bununla bağlı qərara alınıb ki, Ermənistanın infrastruktur və ərazi idarəçiliyi naziri energetika nazirinin müavini ilə birlikdə iki ölkə arasında enerji məsələlərini müzakirə etmək üçün İrana səfər etsin.

Xatırladaq ki, Azərbaycanın digər dövlətlərlə əlaqələrinə daim müdaxilə edən Tehran hökuməti, necə deyərlər, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Belə ki, Azərbaycanın ikinci Qarabağ savaşında Ermənistanı məğlub etməsini həzm edə bilməyən İran, işğalçı erməni “qardaşlarına” siyasi, iqtisadı yardımlar edib və xüsusilə içərisində naməlum yüklər daşıyan İran TIR-larının Qarabağa qanunsuz girişinə dair çoxsaylı görüntülər yayılıb. Habelə Rusiya istehsalı olan hərbi texnika və maşınların İran sərhədindən Ermənistana keçməsi ilə bağlı da videolar yayılıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …