Çərşənbə , Aprel 22 2026
azfa

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları təlimə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …