Azərbaycan türklərini təhqir edən Sepəh bankına qarşı baykot

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan türklərini təhqir edən İran adlanan ölkənin Sepəh Bankı baykot edilib. Azərbaycan türkləri kütləvi şəkildə Sepəh bankının kartlarını sınıdırıb və bu bankla əməliyyatları dayandırıblar.

Keçirilən baykot kampaniyasında çoxsaylı soydaşımız iştirak edib.

Qeyd edək ki, irqçi fars rejiminin Sepəh Bankı özünün iqtisadi və ictimai-mədəni jurnalının 185-ci nömrəsində “Manat çillə gecəsində” (Mənat dər şəbe yəlda) başlığı ilə dərc etdiyi dastanda Azərbaycan türklərini iqrçi formada təhqir etmişdi. Rubab Fazilinin yazdığı “Manat çillə gecəsində” dastanında Azərbaycan türkləri “cahil və nadan quldurlar” kimi təqdim edilmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın