Şənbə , Mart 8 2025
azfa

Azərbaycanın Tehrandakı səfirliyi İran rejiminin Azərbaycan şəhərlərinin adlarını təhrif etməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın İrandakı səfirliyi Tehran Şəhər Şurasının Azərbaycan şəhərlərinin adlarının təhrif etməsinə etirazını bildirərək, saxta adların dəyişdirilməsini tələb edib.

Tehran Şəhər Şurası sədrinin müavini Pərviz Sərvəri bu barədə deyib ki, Azərbaycan Respublikası Tehran küçələrinə verilmiş Qafqaz şəhərlərinin adlarının dəyişdirilməsini tələb edib.

Qeyd edək ki, Tehran Şəhər Şurası Antiazərbaycan addımı ataraq Şuşa, Bakı və başqa şəhərlərin adlarını təhrif edərək, Tehranın bir sıra küçələrinə həmin təhrif olunmuş adlar verib. Azərbaycana qarşı atılan bu addım Güney azərbaycanda azərbaycanlı fəallarla yanaşı Azərbaycanın Tehrandakı səfirliyinin də etirazına səbəb olub.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “Türkiyə İran savaşı başlayır?” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Molla rejimi 14 aydır azərbaycanlı milli fəalları həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında saxlanılan 6 güneyli fəal Ayaz …