Şənbə , Oktyabr 17 2026
azfa

Urmiyada bölgənin müqavimət simvolu olan Kazım Xan Quşçunun lövhəsi quraşdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Şəhər Şurasının səyləri ilə Urmiya-Salmas yolundakı hava limanı meydanında Qərbi Azərbaycanın rus, erməni və kürd işğalçılarına qarşı müqavimətinin simvolu olan Kazım xan Quşçunun lövhəsi quraşdırılıb.

Adlandırma komitəsi daha əvvəl 3 Xordad körpüsündən hava limanı meydanına qədər olan Salmas yoluna Kazım xan Quşçunun adının verilməsinə razılıq vermişdi və bulvar və ya hava limanı meydanında onun heykəlinin qoulması planlaşdırılmışdı.

Qeyd edək  ki, XX əsrin ikinci onilliyində cilo və erməni silahlı qüvvələri, İsmayıl Simitko kimi silahlı təcavüzkarlar Rusiyanın, İngiltərənin, Amerikanın və Fransanın köməyi və rəhbərliyi ilə bölgədə Urmiya, Salmas, Xoy və ətraf kəndlərdə minlərlə türkü qırğına məruz qoyan zaman Kazım xan Quşçu Urmiya kəndlilərindən müqavimət bölüyü yaradaraq işğalçılara qarşı müqavimət göstərmişdir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …