Azərbaycanlı ailə 99 gün mübarizədən sonra övladlarına “Elcan” adına şəxsiyyət vəsiqəsi ala bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Germi bölgəsindən olan azərbaycanlı ailə 99 gün mübarizədən sonra uşaqlarına türk adında şəxsiyyət vəsiqəsi almağa nail olub.

Bununla bağlı Möhsün Qasimi övladlarına Elcan adına oktyabrın 9-da özünün sosial media hesabında etdiyi paylaşımda məlumat paylaşıb.

Onun bildirdiyinə görə iyul ayının 1-də doğulan övladlarında Germidə İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinin törətdiyi əngəllərə görə oktyabrın 10-a qədər şəxsiyyət vəsiqəsi verilməyib.

Möhsün Qasimi yalnız aidiyyəti orqanlara və məhkəməyə müraciətdən sonra oktyabrın 8-də Germi şəhərinin Hüquqi və Ümumi Məhkəməsinin 1-ci şöbəsindən övladına Elcan adında şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar çıxarılıb. Azərbaycanlı ailə yalnız bundan sonra övladlarına Elcan adına şəxsiyyət vsiqəsi ala bilib. Qeyd edək ki, İran rejimi Azərbaycan türklərini bir millət kimi məhv etmək məqsədilə onlara öz dillərində uşaqlarına ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …