Çərşənbə , Sentyabr 23 2026
azfa

Sepah terror təşkilatının Azərbaycanda “hərəkat” yaratdığı iddia olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və Azərbaycan arasında artan gərginlik fonunda Sepah terror təşkilatının tərəfdarları öz sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığını elan ediblər.

Bu məlumatı “The Middle East Monitor” saytı yayıb. Sayt bu qruplaşma barədə heç bir informasiyanın olmadığını, amma onun 2019-cu ildə Suriya konflikti zamanı formalaşdırıldığını bildirib:

“Lakin rəsmi hərəkat bu günlərdə aktivləşdirilib. “Hüseynçilər” və ya “Hüseyniyun” simvolu İranın Yaxın Şərqdə müttəfiqlərinin simvolu ilə üst-üstə düşür”.

Məqalədə Azərbaycanın İsrail və Türkiyənin vacib müttəfiqi olduğu vurğulanıb:

“Tehran keçmişdə öz inqilabını Azərbaycana ixrac etməyə çalışıb, amma ciddi uğur qazanmayıb. 1991-ci ildə Azərbaycanda qurulan İslam Partiyası 4 il sonra qapadıldı. Bu partiya İranın məxfi maliyyələşməsi sayəsində dövlət çevrilişi həyata keçirib, ölkədə islam respublikası yaratmağa cəhd edib. Lakin partiya qanunsuz fəaliyyətini daha bir neçə il davam etdirdi. İslam Partiyasının fəaliyyətinin kuliminasiyası onun lideri Mövsüm Səmədovun 2011-ci ildə həbsi oldu”.

Sayt İslam Partiyasının 1993-cü ldə Azərbaycan Hizbullahı, 1995-ci ildə isə Ceyşullah yaratdığını, ABŞ və İsrail səfirliklərinə hücum planlaşdırdığını yazıb.

Məqalədə İranın Azərbaycanda millətçiliyə ölkəsindəki çoxsaylı azərbaycanlılara görə daxili təhdid kimi baxdığı bildirilib:

“Bakı ilə əlaqələri saxlayaraq, İran Ermənistana daha loyal yanaşır. Buna görə də İran bilir ki, o öz qonşularıyla ehtiyatlı olmalıdır. Tehran artıq Qarabağ müharibəsinin bitməsi haqqında bəyanat kontekstində uduzmuş tərəf hesab edilir”.

“The Middle East Monitor” Azərbaycan sərhədi yaxınlığında İranın hərbi təlimlərinin hansısa eskalasiyaya gətirməyəcəyini da qeyd edib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …