Çərşənbə , May 14 2025
azfa

Azərbaycanlı fəal Əli Dustnia Tiraxturla-Peykan yarışında yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sulduzdan Əli Dustnianın ailəsi və yaxınlarının bildirdiyinə görə, azərbaycanlı fəal dünən aprel ayının 19-də Təbrizdə Tiraxturla-Peykan yarışında rejimin təhlükəsizli qüvvələri tərəfindən yaxalanıb.

Azərbaycanlı fəal Tiraxturun yarışını stadiondan izləmək üçün Sulduzdan Təbrizə gəlmişdir. Lakin yarışdan sonra Təbrizin Səhənd stadionundan çıxarkən rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəalı yaxalayıb.

Qeyd edək ki, dünən işğalçı fars rejimin terrorçu qüvvələri qəsdən dinc tamaşaçılara hücuma keçib, çox sayda azərbaycanlı tərəfdarı yaralamış, çox sayda fəalı isə yaxalamışlar.

Həmçinin yoxlayın

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq …

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, …

Bir cavab yazın