Çərşənbə , Avqust 19 2026
azfa

İrqçi fars rejim super liqa yarışlarının ilk 3 komandasını öncədən özü müəyyən edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ücbatından İran adlanan ölkədə heç nə şəffaf olmadığı kimi futbol yarışları da şəffaf deyil və rejim özü Azərbaycan komandalarına zülm etməklə uduzdurub fars şəhərinin komandaların ilk üç yerə təyin edir.

Xüsusilə 18-ci super liqada öncədən planlaşdırılmış ssenarı əsasında Güney Azərbaycanın Traxtur komandası son iki yarışda uduzduruldu.

Traxtur klubunun sahibi Məhəmmədrza Zenuzi “Radio Cavan”a verdiyi müsahibədə də etiraf edib.

O “Son iki həftədə nə baş verdi ki, “Traxtur” çempion olma şansını itirdi?” sualının cavabında bildirib ki, bu sualı Futbol Federasiyası və Liqa Təşkilatına soruşmaq lazımdır. Mən bu ssenarini qurmamışam ki, Belə bir sualı da cavablandırım!

O həmçinin deyib ki, adi bir insan “Traxtur”un oyunlarına baxıb baş verən hadisələri izlərsə, planlaşdırılan ssenarini başa düşə bilər. Nə üçün Rəştin “Sepid rud” komandası ilə görüşdə meydançanın süni ot örtüyünün üstünə qranul tökülməli idi? Nəyə görə, nəzarətçilər həmin şəhərdən seçilməli idi? Bir həftədir ki, Futbol Federasiyasının rəisindən vaxt istəyirəm. Dedi ki, 1 saat sonra zəng edecemş Lakin hələ də zəng etməyib. Eləcə də gənclər və idman nazirindən vaxt istədim, heç bir cavab verilmədi. Biz turnir cədvəlinin 3-cü yerindən sonranı düşünüb, işimizi onun üçün planlaşdırmalıyıq. Ona görə ki, birinci 3 komanda artıq müəyyənləşib, bunda kimsənin şübhəsi olmasın.

 

 

Həmçinin yoxlayın

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Azərbaycan Rusiya səfirini etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov …

Bir cavab yazın