Bazar ertəsi , Yanvar 19 2026
azfa

Azərbaycanlı fəal Mehdi Kuxian dodaqlarını tikərək aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağada həbs etdiyi azərbaycanlı milli-mədəni fəal və “Şəhre xəbəre Məlikan” Telegram kanalının müdiri Mehdi Kuxian dodaqlarını tikərək Marağada zindanda iyulun 30-u səhər saatlarından aclıq aksiyasına başlayıb.

Mehdi Kuxian mədə və həzm sistemi xəstəliyinin müalicə olunmasına imkan verilməməsi, zindan məmurları tərəfindən döyülməsi ilə bağlı şikayətinə baxılmaması və təhlükəsizlik orqanlarının onun ailə üzvlərinə təzyiq etməsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Aclığa başladıqdan sonra azərbaycanlı fəalın zindanın karantin bölməsinə köçürüldüyü ehtimal olunur.

Qeyd edək ki, azərbaycanlı fəal aprelin 8-də ETTELAAT məmurları tərəfindən yaxalanıb və aprelin 13-də irqçi fars rejimin ETTELAAT İdarəsinin təcridxanasından rejimin Marağada yerləşən zindanına köçürülüb.

Həmçinin yoxlayın

Tramp İrana hücum üçün fürsət axtarır

GADTB: Ağ Evin keçmiş aparat rəhbəri Mik Malvani deyib ki, Tramp administrasiyası İslam Respublikasına zərbə …

Həkimlər İranda 16 mindən çox insanın öldürüldüyünü bildirirlər

GADTB: İranda etirazların zorakılıqla yatırılması zamanı hökumət qüvvələrinin etirazçılara birbaşa atəş açması nəticəsində ölənlərin sayının …

Bir cavab yazın