Azərbaycanlı fəal Nəsim Sadiqi mülki vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi 2018-ci il oktyabr ayının 31-də yüksək məbləğdə mülki vəsiqə qarşılığında irqçi fars rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəal 10 gün həbsdə saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə girov qoyulduqdan sonra müvəqqəti sərbəst buraxılıb.

Qeyd edək ki. Azərbaycanlı fəal Nəsim Sadiqi əslində daha tez müvəqqəti zaminə buraxılmalı idi. Lakin işğalçı fars rejimin Sepah qüvvələrinin təhlükəsizlik bölməsi onun zaminə buraxılmasına mane olub.

Qeyd edək ki, rejimin təhlükəsizlik qüvvələri fəalı 2018-ci il oktyabr ayının 21-də yaxalamış, həmçinin fəala məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefon, kompüter, kitab və əlyazmaları müsadirə etmişdilər.

Rejimin məhkəməsi bundan əvvəl azərbaycanlı fəal Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarmışdı. Lakin o zaminə buraxılmamış və zindana salınmışdı.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …

Bir cavab yazın