GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Güney Azərbaycanın Təbriz şəhərində martın 16-dan 17-ə keçən gecə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı yazılmış bannerin yerüstü keçiddən asmaqla apardıqları mübarizənin əl-Əhvaz və Bəlucistana mübarizənin müstəqillik uğrunda olduğu mesajını veriblər.
Banerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb.
Qeyd edək ki, “Azadlıq, Ədalət, Milli Hökumət” son aylar Güney Azərbaycanda mübarizənin əsas şüarına çevrilib. Artıq azərbaycanlı fəallar başqa xalqların da mübarizəsinin əsas məqsədinin müstəqllik olması mesajını verirlər.