Çərşənbə , May 8 2024
azfa

Azərbaycanlı fəallar Behnam Şeyxi və Həmid Mənafi Nadarlı zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ana Dili Günü mərasimində iştirakına görə rejimin həbsə məhkum etdiyi Tehran şəhərində yaşayan azərbaycanlı fəallar Behnam Şeyxi və Həmid Mənafi Nadarlı məzuniyyətlərinin bitməsi ilə zindana qaytarıldılar.

COVİD-19 pandemiyası səbəbi ilə məzuniyyətə buraxılan Behnam Şeyxi ilə Həmid Mənafi Nadarlı məzuniyyətlərinin bitməsi ilə yenidən Tehranın Evin zindanına qayıdıblar.

Noyabrın 23-də bazar ertəsi günü Evin zindanına qayıdan milli fəallar, oktyabrın 14-də məzuniyyətə buraxılmışdılar.

Behnam Şeyxi daha əvvəl sentyabrın 15-də və Həmid Mənafi Nadarlı isə sentyabrın 16-da İran həbsxanalarında COVİD-19 xəstəliyinin yayılması səbəbi ilə məzuniyyətə buraxılıb və oktyabrın 6-da Evin zindanına qaytarılmışdılar.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …

Bir cavab yazın