Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı fəal Səhənd Məali ilə görüş; qısa tərcümeyi-hal-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radio Fərda” İran rejiminin həbs etdiyi Güney Azərbaycanın Sarab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinın qısa tərcümeyi-halını təqdim edib.

 Hsazırlanan verilişdə Səhənd Məalinin həyatı və mədəni fəaliyyəti, eləcə də fəalın mədəni fəaliyyəi ilə əlaqədar rejim tərəfindən dəfələrlə həbs edilməsi barədə məlumat verilir. Azərbaycanlı fəal Azərbaycan millətinin hüquqları uğrunda indiyədək 8 dəfə rejim tərəfindən həbs edilib.

Qeyd edək ki, Səhənd Məali hazırda koronovirus xəstəliyinin geniş yayılması ilə bağlı məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal Səhənd Maali, 1997-ci ilin iyul ayında Babak qalasının illik toplantısı ilə eyni vaxtda tutuldu və daha sonra girov müqabilində zaminə buraxılmışdı.

Fəal rejimin Sarabda yerləşən İnqilab Məhkəməsinin hakimi Mehdi Şəmsin sədrliyi ilə qiyabi şəkildə mühakimə olunaraq ”Sistemə qarşı təbliqat fəaliyyət ivə millətçi qrupların Babak qalasında mitinq keçirmək üçün çağırışlar yaymaq”da ittihamı olunaraq, 10 ay həbsə məhkum edilmişdi. Həmin qərar 1998-ci ilin mayında Şərqi Azərbaycan əyalət apellyasiya məhkəməsinin 3 saylı şöbəsi tərəfindən təsdiqlənmişdi.

Məali 1998-ci il mayın 3-də zindana salındı. Həbsdə olduğu müddətdə “məmurlarla dava və dövlət məmuruna qarşı müqavimət” ittihamı ilə daha bir il həbs və pul cəzasına məhküm edildi.

Səhənd Məali həmçinin 2020-cı il iyulun 1-də iş yerində yaxalanaraq bir illik cəzasını çəkmək üçün zindana salınmışdı.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın