Bazar ertəsi , Yanvar 24 2022
azfa

Azərbaycanlı fəallar Tehranda Azərbaycan şəhərlərinin coğrafi adlarının təhrif edilməsinə etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Tehranda Azərbaycan şəhərlərinin coğrafi adlarını təhrif etməsi azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb.

Bu qərəzli siyasətə etiraz məqsədilə Tehranda yaşayan bir qrup azərbaycanlı fəal Tehran Bələdiyyəsinin küçələrə verdiyi Azərbaycan şəhər adlarını təhrif etməsinə qarşı çıxmaq məqsədilə həmin lövhələrdən təhrif edilmiş adları silərək həmin küçənin divarına Azərbaycan adını yazıblar.

Qeyd edək ki, son günlərdə Tehran bələdiyyəsi  küçələrdən birinə Şuşanın adını təhrif edilmiş forması olan “Şuşi” adını verib. “Şuşi” ermənilərin Qarabağdakı “Şuşa” şəhərinə qoyduğu təhrif edilmiş adıdır. Rejimin göstərişi ilə Bakı adı da Badkubə şəklində təhrif edilərək küçələrdən birinə verilmişdi. Azərbaycanlı fəallar bu qərəzli addıma qarşı şəhər bələdiyyəsinin divarına şanlı Azərbaycan adını həkk ediblər.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …