Çərşənbə , Sentyabr 23 2026
azfa

Arəş Cohərinin anası oğluna Tehran zindanında edilən təzyiqlərlə bağlı müraciət yaydı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Tehranda həbsdə saxlanılan sinfi fəal Arəş Cohəriyə təzyiq göstərməsi ilə bağlı məhbusun anası videomüraciət yayıb.

Azərbaycanlı məhbusun anasının yaydığı müraciətdə bildirilir ki, bundan öncə Tehran məhkəmə sisteminin rəisi zindanda Arəş Cohəri də daxil olmaqla məhbuslarla görüş keçirib. Həmin rəsmi şəxs məhbuslara deyib ki, məzuniyyətə buraxılmaq üçün ailələri müraciət etməlidir. Lakin məhkəmə sisteminin rəisinin vədləri yerinə yetirilməyib və o iki aydır hər həftə Muğandan Tehrana gəlib, oğlunun məzuniyyətə buraxılması ilə bağlı müraciət edir: “İki aydır Tehrana gəlirəm, nazir və başqa əlaqədar qurumlara müraciət edirəm. Hər dəfə qarşıdakı həftə müraciə elə deyib məni geri qaytarırlar. Son müraciətimdə isə Arəşin məzuniyyətə buraxılmasına razılıq verilmədiyini dedilər”.

Qeyd edək ki, azərbaycanlı sinfi fəal 2020-ci il oktyabrın 5-də yaxalanaraq istintaq təcridxanasının təkadamlıq kamerasına köçürülüb.

Arəş Cohəri istintaq bitdikdən sonra girov qarşlığında zaminə buraxılmaq yerinə bir başa zindana göndərilib və ona16 il həbs cəzası verilib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …