Şənbə , İyul 27 2024
azfa

Azərbaycanlı işçi fəalı Reza Şahabi xəstəxanaya yerləşdirildi

GADTB: Evin zindanında məhbus olan azərbaycanlı işçi fəalı, Tehran Avtobus Şirkətinin fəhlələr həmkarlar ittifaqının idarə heyətinin üzvü Rza Şəhabi fiziki vəziyyətinin pisləşməsi və bel diskinin təkrarlanması səbəbindən xəstəxanaya köçürülüb.

Tehran və Şəhərətrafı Avtobus Şirkəti işçilərinin həmkarlar ittifaqının məlumatına görə, şənbə günü bu azərbaycanlı əmək fəalı şiddətli ağrılar səbəbilə Xomeyni xəstəxanasına yerləşdirilib.

Mütəxəssis həkim müayinədən sonra kürək nahiyəsində şiddətli ağrıların və ayaq barmaqlarının uyuşmasının səbəbinin onurğa kanalının daralması və 3, 4, 5 disklərinin çıxıntısı ilə bağlı olduğunu irəli sürüb.

Mütəxəssis həkimin göstərişinə əsasən, Şəhabinin beyin onurğa sütununun MR-i qısa müddətdə çəkilməli və son nəzəriyyənin açıqlanması ilə müalicə prosesi ən qısa zamanda aparılmalıdır.

Boyun və sol əlində şiddətli ağrılar, bel və sağ ayağındakı ağrılar səbəbindən bu azərbaycanlı əmək fəalı məhkəmə-tibb ekspertizasına müraciət edib və məhkəmə-tibb ekspertizasına göndərilməsini gözləyir.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

Azərbaycanlı işçi fəalı “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilmişdi.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət almışdı.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …