Cümə axşamı , İyul 25 2024
azfa

Azərbaycanlı məhbus Hamid Qaraoğlaninin 14 il həbs cəzası rejimin Ali Məhkəməsində təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ali Məhkəməsi azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlaninin 14 il bir ay həbs cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, Urmiya sakini olan azərbaycanlı siyasi məhbus ötən ilin dekabrında Urmiya İnqilab Məhkəməsinin iki hakimi tərəfindən 14 il bir ay həbs cəzasına, üçüncü hakim tərəfindən isə edam cəzasına məhkum edilmışdı.

Ali Məhkəmə, ilk iki hakimin həbs qərarını qüvvədə saxlayıb və beləliklə, İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən, Həmid Qaraoğlani ən çox 14 il həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal 2020-ci il iyunun  27-də Urmiyada yaxalanmışdı.

Hamid Qaraoğlani ağır epilepsiya xəstəliyindən əziyyət çəkir və həkimlərin ona yazdığı dərmanlar ailəsi tərəfindən zindana çatdırılsada, zindan məsulları dərmanların siyasi məhbusa verilməsinə mane olurlar.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …