Bazar , Fevral 16 2025
azfa

Azərbaycanlı məktəblilər tarixi Şəhər Yerində insan zənciri hörüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav şəhərində azərbaycanlı məktəblilər tarixi Şəhər Yerində insan zənciri hörüblər. Beləliklə, azərbaycanlı məktəblilər Güney Azərbaycanın tarixi irsinin qorunması zərurətini xatırladıblar.

Qeyd edək ki, bir müddət öncə isə azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində təxminən 9000 illik tarixə malik “Şəhər yeri” ərazisinin məhv edilməsinə qarşı çıxmışlar. Fəallar aprel ayının 6-da “Şəhər yeri” ərazisinin ətrafında insan zənciri təşkil etmişlər.

Keçirilən bu simvolik aksiyada Azərbaycanın tarixi ərazisinin məhv edilərək, sıradan çıxarılmasına etiraz edilib. Onlar bu vasitə ilə Mədəni İrs Təşkilatından bu tarixi abidəni mühafizə etməsini tələb ediblər.

Qeyd edək ki, “Şəhər yeri” Meşginşəhrin 30 kilometrliyində, Qarasu çayının kənarında yerləşir. 400 hektar sahəsi olan həmin tarixi ərazinin Qoşatəpə hissəsinin təxminən 9000 illik tarixi var. Tarixi ərazidə yerləşən qəbir və daş heykəllərinin isə 4000 illik tarixi olduğu bildirilir. Lakin bu ərazinin Azərbaycana məxsus olduğuna görə irqçi fars rejimi diqqətsizliklə oranın məhv edilməsini qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Aydın Qasımlı: Tarixi türk dövlət və imperatorluqları

GADTB: Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. …

İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır

GADTB: İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır Bunu Livanın Baş naziri Nəvaf …

Bir cavab yazın