Çərşənbə axşamı , Yanvar 18 2022
azfa

Azərbaycanlı milli fəal Əli Şahiyə bəraət verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəal Əli Şahi bəraət alıb.

Ərdəbildə yerləşən Ümumi və İnqilab Məhkəməsinin Sabir Cəfərinin sədri olduğu 1-ci şöbəsi tərəfindən göndərilən bildirişdə bu barədə məlumat verilib.

Bildirişdə Əli Şahinin bundan öncə barəsində açılan cinayət işində əks olunan ittihamlardan bəraət aldığı qeyd olunub.

Qeyd edək ki, Ərdəbil sakini olan azərbaycanlı yazıçı və milli fəala qarşı İran rejiminin Ərdəbildəki polisinin təhlükəsizlik bölməsinin şikayəti əsasında cinayət işi açılmışdı. Azərbaycanlı fəal “Ana dili məzmunlu türkcə klip çəkməklə sistemə qarşı təbliğat aparmaq və rejimə müxalifət”də ittiham olunmuşdu.

Rejimin məmurları “Mənsiz qalan dağlar” romanının müəllifi, yazıçı Əli Şahini avqustun 28-də Ərdəbildəki evində həbs etmişdilər. Rejimin məmurları həmçinin milli fəalın evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə etmişdilər.

Əli Şahi əslən Muğanın Biləsuvar şəhərində anadan olub və Ərdəbildə yaşayır. O 3 övlad atasıdır.

Həmçinin yoxlayın

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik …

İranın erməni sevgisi; “Hayqaşen” şəhərciyi- Tehranın ermənilərə “xüsusi qayğısının” bariz nümunəsi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda erməni katoliklərinin Royan şəhərində yerləşən …