Cümə axşamı , Dekabr 11 2025
azfa

Azərbaycanlı milli fəal Meysəm Colaniyə bit ittihamdan bəraət qazandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda 2019-cu ilin kütləvi noyabr etirazları zamanı həbs edilən azərbaycanlı milli fəal Meysəm Colani bəraət qazanıb.

Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəalın ilkin məhkəmənin 6 ay həbs və 74 qamçı cəzasına şikayəti nəticəsində Apellyasiya Məhkəməsi bəraət hökmü çıxarıb. Ərdəbil məhkəməsinin 11-ci şöbəsinin sədri, hakim Əhməd Musapur Colaninin günahsız olduğu ilə bağlı hökm verib.

Qeyd edək ki, ötən ilin yanvar ayının 30-da Ərdəbil İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsinin hakimi Əkbər Heydəri, Meysam Colanini “ümumi asayişi pozmaq” ittihamı ilə 6 ay həbs və 74 qamçı cəzasına məhkum etmişdi. Həmin hökmün qiyabi şəkildə verilməsi üçün milli fəalın şəkayəti nəticəsində keçən il iyulun 1-də yenidən keçirilən məhkəmədə cəza 13 ay həbs və 75 qamçıya artırılmışdı.

Colani 2019-cu ilin noyabr ayının 18-də İranda baş qaldıran kütləvi etirazlar zamanı Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub, Ərdəbil həbsxanasına köçürülmüşdü. O, dekabrın 9-da girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Ərdəbilli fəal noyabr etirazları ilə bağlı dosyesində məhkəmədən bəraət qazansa da, son zamanlarda İkinci Qarabağ Müharibəsi əsnasında İran Azərbaycanı və İrannın digər türk dilli şəhərlərində baş tutan Qarabağa dəstək mitinqləri ilə əlaqədar məhkəmə prosesi hələ davam edir.

2019-cu ilin noyabrında İranda benzinin qiymətinin dövlət tərəfindən 3 qat artırılması qərarı ardından baş qaldıran kütləvi etirazlar zamanı İran Azərbaycanı ilə bərabər ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əta Kərimiyə verilmiş 2 il həbs cəzası Ali Məhkəmə tərəfindən təsdiqləndi

GADTB: Cənubi Azərbaycanda milli hərəkat fəalı olan və Qərbi Azərbaycanın Urmiya şəhərində yaşayan Əta Kərimiyə …

Qərbi Azərbaycan valisindən mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf

GADTB: Qərbi Azərbaycan qubernatoru Rza Rəhmani əyalət mədən şurasının iclasında mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına …