Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı fəal Lətif Həsəninin həbsindən təxminən 8 il keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının tanınmış fəalı dr.Lətif Həsəninin həbsindən 7 il 10 ay 26 gün keçib. O, ömrünün təxminən 10 ilini müxtəlif həbsxanalarda keçirib.

Lətif Həsəni 1349-cu ildə Xalxal şəhərində anadan olub. O, orta mədrəsəyə qədər təhsilini Ramsərdə tamamlayıb və Kərəc Danişqahında fəlsəfə fakültəsinə daxil olub. Lətif Həsəni təhsilini davam etdirmək üçün Bakıya köçüb və Bakı Dövlət Danişgahında beynəlxalq hüquq üzrə yüksək lisans və doktorluq dərəcələrini tamamlayıb.

O, 1380-ci illərin ortalarında Güney Azərbaycana qayıdır və siyasi fəaliyyətini burada davam etdirir. Lətif Həsəni Kərəc danişgahında müəllim kimi çalışmaq istəsə də, Qozineş məsulu tərəfindən ona qarşı çıxılır.

Fəal 1389-cu ilin xordad ayında 14 dostu ilə birlikdə “rejimə qarşı təbliğat, milli əmniyətə qarşı hərəkət etmək və qanunsuz qrup yaratmaq” ittihamı ilə həbs edilir. Dr. Lətif Təbrizin İttilaat İdarəsinin təhlükəli məhbuslar üçün özəl infiradisində 7 ay işgəncələrə məruz qalır, daha sonra isə Təbriz Həbsxanasının ma:li bəndində 1 ay saxlanılır. Beləliklə, Təbriz İnqilab Məhkəməsi onu 18 ay həbs cəzasına məhkum edir. Fəal həbsdən çıxdıqdan sonra da milli fəaliyyətini davam etdirir. O, 1391-ci ilin bəhmən ayında Yürüş ləqəbi ilə tanınan Mühəndis Ayət Mehrəli bəy, Mühəndis Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quliyzadə kimi tanınan 4 dostu ilə birlikdə Yeni Gamoh qrupu yaratmaq ittihamı ilə həbs olunur. Bildirək ki, Lətif Həsəni bu təşkilatın baş dəbiri seçilir.

1391-ci ilin bəhmən ayında baş dəbir və təşkilatın mərkəzi şurasının üzvləri həbs edilirlər. Qazi Məhəmməd Baqerpour 1392-ci il prezident seçkilərindən bir neçə gün öncə Lətif Həsəni ilə adı çəkilən dostlarını rejimə qarşı təbliğat ittihamı ilə 9 il təziri həbs cəzasına məhkum edir. Bu hökm yubanmadan təcdide-nəzər, habelə Divane Ali Məhkəməsində təsdiqlənərək icra edilir.

Hazırda Dr.Lətif Həsəni Kərəcdəki Rəcai Şəhr Həbsxanasında saxlanılır. İranın Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, onun 8 və 1 illik həbsi idğam olunaraq 8 ili qüvvədə saxlanılıb. Vurğulayaq ki, dr.Lətif Həsəni Azərbaycan Milli Hərəkatının ən çox həbs çəkən siyasi fəalıdır. Onun həyat yoldaşı Əzəm xanım da milli hərəkatın aparıcı nümayəndələrindən sayılır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …