Çərşənbə , Aprel 22 2026
azfa

Azərbaycanlı milli fəal Şəhruz Bərzgər mühakimə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Şəhruz Bərzgər sentyabrın 19-da son müdafiəsi üçün irqçi fars rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 1 saylı istintaq bölməsinə müraciət edib.

Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə valilik binasının inzibati binasının həyətində mülki geyimli təhlükəsizlik məmurları tərəfindən yaxalanıb. azərbaycanlı fəal yaxalanarkən döyüldüyü üçün müxtəlif bədən xəsarətləri alıb.

Şəhruz Bərzgər yaxalandıqdan bir həftə sonra 150 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb. Şəhruz Bərzgər eyni ittihamlara görə yaxalanan başqa azərbaycanlı fəal Şahin Bərzgərin qardaşıdır.

Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın əsasən Təbriz şəhərində əl-Əhvaz etirazlarına dəstək məqsədilə etiraz aksiyası keçirildi və nəticədə rejim çox sayda azərbaycanlı fəalı yaxaladı.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …