Cümə , Aprel 17 2026
azfa

Azərbaycanlı milli fəal Şahin Bərzgər barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar Şahin Bərzgərə qarşı irəli sürülən ittihamların biri barədə məhkəmə qərarı çıxarılıb.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Təbriz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri iyulun 22-i, axşam saatlarında yaxalayıb. Hazırda o girov qarşılığında məhkəmə vaxtına qədər zaminə buraxılıb.

Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda digər azərbaycanlı milli fəallarla birlikdə Təbrizdə saxlanılmışdı.

Keçən il avqust ayında Şərqi Azərbaycanda Apellyasiya məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən azərbaycanlı milli fəalın cəzası 3 aya endirilib və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəzlənmişdi.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …