Bazar ertəsi , May 12 2025
azfa

Azərbaycanlı müğənni Ərdəbildə Azərbaycan mahnıları konsertinə icazə verilmədiyinə etiraz olaraq gitarasını yandırdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci il iyun ayının 15-də Güney Azərbaycanın Ərdəbil şəhərində tanınmış pop müğənnisi  Keyvani azərbaycan manlıarından ibarət  keçirmək istədiyi konsertə icazə verilmədiyi üçün irqçi fars rejiminə etiraz olaraq öz gitarasını yandırıb.

P.Keyvani bununla konsertə icazə verməyən rejimin Ərdəbildəki İslami İrşad və Mədəniyyət İdarəsinə öz etirazını bildirib və gitarası yanarkən deyib:

“Mən türk dilində konsert üçün icazə istəyirəm, məsullar bu tələbdən qarın ağrısına düşür. Ərdəbil vilayətində İslami İrşad və Mədəniyyət İdarəsinə etiraz edirəm. Ümid edirəm ki, bununla bağlı səlahiyyətli orqanlar bizə yardım edəcək. Nə üçün ana dilimdə musiqiyə və konsert verməyə icazə verilmir?! Mən bu vəziyyətə etiraz olaraq sazımı yandırıram, bundan sonra da heç vaxt Ərdəbildə konsert verməyəcəm və inşallah yaxın zamanda bu şəhərdən gedecəm”.

Qeyd edək ki, irqçi fars rejimi Azərbasycan türkcəsini qadağan etdiyi kimi Azərbaycan türkcəsinə olan mahnıların konsertini də əslində qeyri-rəsmi qadağan edib. Bu da Azərbaycan türk millətinin mənəvi soyqırımla məhvinə hesablanıb.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb …

Bir cavab yazın