Azərbaycanlı müğənni Yaqub Zurufçu dəfn edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.

Əməkdar artist son mənzilə 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) yola salınır.

Vida mərasimində sənətçinin ailə üzvləri, sənət yoldaşları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edir.

Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxan Əməkdar artist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmiş və süni nəfəs aparatına qoşulmuşdu. O, dünən vəfat edib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …