Çərşənbə , Aprel 24 2024
azfa

Alban soylari

Firudin Ağasıoğlu (Cəlilov)  belə bir tarixi sənədi gün işığına çıxardı. Belə ki, 1723-cü ildə 4 Qarabağ (erməniləşmiş alban) məliyi Rusiya çarına göndərdiyi məktubda şikayət edirlər ki, ləzgilər və yerli Alban türkləri vaxtaşırı onlarla savaşır. Bu, albanların türk mənşəli olmasının bir sübutu ola bilər.

Alban tayfa ittifaqına daxil olan tayfalardan biri də Qarqarlar olmuşdur. Qarqarlarhaqqında Strabon geniş məlumat vermişdir: “Qarqarlar amazonkalarla birlikdə Qafqaz dağlarının dənizə yaxın hissəsində – Keravn dağında yaşayırlar. Onlar bura Femiskuradan (Pont) gəlmişlər…”[7] Daha sonra o qeyd edir ki, amazonkalar elə savromatların (sarmat) özüdür. Bu faktı antik müəllif Yustin də müdafiə edir. Şərşünas Kislinqqarqarları çərkəzlərlə eyniləşdirir. Guya alban yazısı qarqar və saxur dili arasında paralel təşkil etməklə, saxur dili əsasında yaranıb. Rutul və saxur dillərində “qarqar” sözü “qonşu”, “yaxın” mənasını verir. V.B.Vinoqradova görə, qarqarlar müasir Çeçen-İnquşetiya ərazisində yaşamaqla, vaynax qrupu xalqlarına yaxın olmuşlar. Moisey Kalankatuklu və erməni müəllif Moisey Xorenatsi qarqarları əfsanəvi Aranın (albanların əcdadı) törəmələri hesab edir.

Belə bir maraqlı fakt var ki, Karkar şəxs adı Orta Asiyada qıpçaqlar arasında geniş yayılmışdır, hətta əfsanəvi qəhrəman Manasın babasının adı Karkar olmuşdur. V.V. Bartold qeyd edir ki, bu dastan, hətta “Qıpçaq” və ya “Karkar” da adlanır. Bir çox tarixçilər (Y.Yusifov, N.Q. Volkova, P.K.Uslar, A.Q.Şanidze və s.) isə qarqarları Qafqazdilli hesab edir.

Xalqımızın formalaşması prosesində ən böyük rolu olmuş tayfalardan biri də, heç şübhəsiz, saklar (skiflər)olmuşdur. Əslində onlara aid ayrıca bir mövzu həsr edilməlidir. Çünki sakların (skiflərin) yayıldığı ərazi bu günkü Qafqaz ilə məhdudlaşmayıb, Britaniya adasından tutmuş, Fransaya, ordan Balkanlara, Anadoluya, ordan da Orta və Mərkəzi Asiyaya qədər uzanırdı. Avropada “Scythia” adlı qədim ərazi, şübhəsiz ki, skiflərlər bağlıdır. Herodot Asiya skiflərini sak, Plini sakasan, Ptolomey isə sakapan adlandırmışdı… . Ardı var

İsmayıl Süleymanov

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …