Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindana qaytarıldı

Dünən Əlirza fərşi zindan qvardiyasının gəlişi ilə Tehran zindanın 1-ci bölməsinə köçürülüb.

Azərbaycanlı siyasi məhbus zindanda baş verən insidentdən sonra 9-cu bölmənin dini mərasimlərin keçirildiyi “Hüseyniyyə”sinə köçürülmüşdü.

Fərşi ailəsi ilə telefonda danışarkən əlaqə kəsilmış və ondan sonra ondan məlumat almaq mümkün olmamışdı.

Bundan öncə isə zindanın 5-ci bölməsinə rejimin buraxdığı ağır cinayətlər törətmiş məhbuslar azərbaycanlı siyasi məhbusları döyüb, onlardan bir neçəsinə bədən xəsarətləri yetiriblər. Belə ki, siyasi məhbuslardan bəziləri zindanın tibb məntəqəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, Əlirza Fərşi və başqa siyasi məhbuslar dəfələrlə məhbusların ittihamlarına görə ayrılmaları və yerləşdirmələrini tələb etmişlər.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbusları bir yerdə saxlanılır. Rejim bu yolla xüsusi fitnəkarlıq edib siyasi məhbusları cinayətkarların əli döydürüb inşəncə edir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …