Azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi Evin zindanından azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi sentyabrın 2-də, Tehranın Evin zindanından azadlığa buraxılıb.

Mirzayi məzuniyyətə çıxıb. Ancaq cəzaya xitam verilməsi barədə yeni sərəncama və dəyişikliyə əsasən məzuniyyətdə olduğu müddətdə 1 il 10 günlük həbs dövrünün qalan 90 gününü həbsxanaya qayıtmadan başa vurmuş olacaq.

Qeyd edək ki, Siyamək Mirzayi son dəfə dekabr ayının 28-i, 2020-ci ildə Ərdəbil şəhərində yaşadığı binanın girişində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkmək üçün Tehrana göndərilmişdi.

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Tehranın Evin zindanına aparılmışdı.

O, Evin zindanının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “Milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …