Azərbaycanlı siyasi məhbuslar Abbas Lisani və Yusif Kari zindanda korona xəstəliyin yoluxub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil zindannın 7-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Abbas Lisani və Yusif Kari zindanda korona xəstəliyin yoluxublar. Yuusif Kari  noyabrın 30-da ailəsi ilə telefon danışığı zamanı koroovirus simptomlarına görə virusa yoluxduğundan şübhələndiyini bildirib.

Fəalın sözlərinə görə, hazırda zindanın 7-ci bölməsində həbsdə saxlanılan Abbas Lisanidə də kəskin qızdırma və öskürək var. Onun sağlıq durumunun acınacaqlı olduğu bildirilir.

Koronovirusun zindanlara yayıldığı üçün İran məhkəmə orqanlarının göstərişi ilə, məhbusların əksəriyyəti məzuniyyətə buraxılıb. Lakin azərbaycanlı siyasi məhbusların əksəriyyəti, o cümlədən Abbas Lisani və Yusif Kari hələ də məzuniyyətə buraxılmayıb.

Bu yaxınlarda Amnesty İnternational Türkiyə Abbas Lisaninin həbs qərarının dəyişdirilməsi və onun azadlığa buraxılması üçün imza kampaniyasına başlayıb.

Təşkilat İran məhkəmə sisteminin rəhbərinə göndərdiyi məktubda, Abbas Lisaninin tutulma qaydasını və onun işindəki beynəlxalq standartlara zidd məhkəmə prosesini tənqid edərək, azərbaycanlı fəalın ailəsinə qarşı təhdid və təzyiqlərə son qoyulmasını tələb edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın