Cümə , Sentyabr 20 2024
azfa

Azərbaycanlı siyasi məhbuslar məsələsi Türkiyə mətbuatında – Səs

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki zindanda həbsdə koronavirusa yoluxdurduğu azərbaycanlı siyasi məhbusların son vəziyyəti bu həftəki # Türkiyə_Podcastının mövzusu olub.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Taha Kirmani, koronovirusun Ərdəbil zindanında yayılmasından sonra azərbaycanlı siyasi məhbusların təhlükəli vəziyyəti barədə reportaj hazırlayıb.

Taha Kirmani həmin proqramda İran adlanan ölkədə Azərbaycan türklərinin vəziyyətini izah edərək, İrandakı Azərbaycan türkləri də daxil olmaqla qeyri-fars millətlərə qarşı irqçi ayrıseçkilik məsələlərini şərh etdib.

Anadolu türkcəsində yayımlanan həmin “podcast” proqramında Abbas Lisani və rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılan digər azərbaycanlı siyasi məhbusların sağlıq vəziyyətlərindən bəhs edilir.

Proqramda Taha Kirmani Türkiyə mətbuatının və vətəndaş cəmiyyətlərinin İrandakı insan haqları pozulmasına etinasız olmasını tənqid edib. Kirmani İran adlanan ölkədəki türklərin hüquqlarının pozulmasına diqqət yetirilməsinin vacibliyinə təkid edib.

Proqramı aşağıdakı linkdən dinləyə bilərsiniz:

https://soundcloud.app.goo.gl/QQ2nh

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …

Bir cavab yazın