Azərbaycanlı xanım idmançı Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoyuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı xanım idmançı Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoydu.

İranın Alpinizm Federasiyasının rəisi Rza Zarei azərbaycanlı idmançı, qayayadırmanma üzrə İran çempionu Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Bunun səbəbinin “inzibati məsələlər” olduğunu iddia edən Zarei deyib: “Elnaz Rekabi Cənubi Koreya turnirindən sonra Pasport və Miqrasiya idarəsinə müraciət etməli və öz inzibati məsələlərini həll etməli idi. Lakin niyə müraciət etmədiyini bilmirəm”.

Qeyd edək ki, Elnaz Rekabi bundan öncə qayayadırmanma üzrə Asiya turnirinin finalında məcburi hicabsız çıxış etmişdi. O, İrana qayıtdıqdan sonra sosial media hesabında bunun təsadüfən baş verdiyini yazıb. Amma ailəyə yaxın mənbə onun bu etirafı təzyiq altında və məcburi şəkildə etdiyini bildirmişdi.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycana qarşı fitnəkarlığı; İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycana qarşı fitnəkarlığı və düşmənçiliyi …

Azərbaycanlı milli fəalın müvəqəti həbs müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Araz Əmaninin ailəsi milli fəalın son durumunu …