Çərşənbə , Noyabr 18 2026
azfa

Azərbaycan ərbçiləri Qars və Kayseridə təlim keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də yüksək peşəkarlıq nümayiş etdirirlər.

Onların bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Eyni zamanda çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …